top
Gənc komandir döyüşə qocalarla gedir İdman.biz
12 iyun 2024, 21:47
- ↺ +

"Gənc komandir" döyüşə "qocalar"la gedir

İki gün sonra Almaniyada növbəti Avropa çempionatı start götürəcək.

İdman.biz xəbər verir ki, turnirdə iştirak edəcək futbolçuların orta yaş həddi 27 olacaq.

Yazıda AVRO-2024-ün ən gənc və yaşlı komandalarını təqdim edirik. Çexiya millisi ən aşağı, Şotlandiya ən yüksək yaş həddinə malikdir.

AVRO-2024-ün gəncləri

Çexiya yığması
Orta yaş: 25,3

Almaniyada çexlər ən gənc heyətə malik olacaqlar. 8-ci dəfə qitə çempionatında iştirak edən millinin orta yaş həddi 25,3 olacaq. Komanda Tomaş Souçek ("Vest Hem") və Patrik Şik ("Bayer") kimi tanınmış futbolçular çıxış edəcəklər. Çexiya millisində müdafiədə Martin Vitik, hücumda isə Adam Hlojek diqqətlər mərkəzində olacaq. Hər iki oyunçunun 21 yaşı var. Baş məşqçi heyətdən 30 yaşdan yuxarı 2 futbolçuya şans verib. Çexiyanın "qocalar"ı 31 yaşında olacaq.

F qrupunda Portuqaliya, Gürcüstan və Türkiyə ilə yarışacaq çexlərdən istənilən nəticəni gözləmək mümkündür. Onlar həm qrup lideri olmaq potensialına malikdir, həm də sonuncu olmaq...

Türkiyə yığması
Orta yaş: 25,8

AVRO-2024-ün ikinci ən gənc komandası da F qrupunda yer alıb. Ölkəmizdə kifayət qədər böyük azarkeş kütləsi olan Türkiyə millisi istedadlı gənclərdən ibarətdir. Elə Arda Gülər və Kənan Yıldızın adını çəkmək kifayətdir.

"Ay-ulduzlular"ın heyətinin dəyəri 324,1 avrodur. Heyətdə "İnter", "Yuventus", "Real" kimi klublarda çıxış edən futbolçular var. 30 yaşlı Hakan Çalhanoğlunun təcrübəsi və 19 yaşlı Arda ilə Kənanın vəhdətindən təşkil olunacaq komandaya ümidlər böyükdür. Madrid klubunda 12 oyunda 6 qolla yadda qalan Gülər yeni Messi adlandırılır. O, "Real"da keçirdiyi ilk mövsümdəcə İspaniya çempionu və Çempionlar Liqasının qalibi olub.

Kənan isə A Seriyasında 32 oyunda 4 qolla yadda qalıb. Yıldızın transfer qiyməti 30 milyon avro dəyərləndirilir.

İngiltərə yığması
Orta yaş: 26

İngiltərə yığması Avropa çempionatının əsas favoritlərindən hesab olunur. AVRO-2020-nin finalçısı Almaniyada qızıl medal qazanmaq arzusundadır.

Komandanın 53 yaşlı baş məşqçisi Qaret Sautgeyt heyətdə təcrübəli və gənc oyunçulara üstünlük verib. İngiltərə millisində futbolçuların ümumi dəyəri 1,5 milyard avrodur. Hücum xəttində təcrübəli Harri Keynin yanında 20 yaşlı Cud Bellingem və 22 yaşlı Bukayo Saka yer alacaq. Bu üçlüyə "Mançester Siti"nin ulduzu Fil Fodeni də əlavə etmək olar. "Real"da çıxış edən Bellingem 180 milyon avro ilə turnirin ən bahalı futbolçusudur.

İngilislər C qrupunda Serbiya, Danimarka və Sloveniya ilə mübarizədə favorit hesab olunurlar.

AVRO-2024-ün "qocalar"ı
Şotlandiya yığması
Orta yaş: 28,3

Şotlandiya ardıcıl ikinci dəfə Avropa çempionatının final mərhələsində çıxış edəcək. Komanda seçmə mərhələsində Erlinq Holandlı Norveçı arxada qoyaraq, Almaniyaya biletə sahib çıxıb.

Millinin baş məşqçisi Stiv Klark əsasən təcrübəli futboçulara üstünlük verir. Təsadüfi deyil ki, heyətdə 23 yaşdan aşığı cəmi 2 futbolçu yer alıb. Heyətin əksər üzvləri 24-29 yaşında olacaq. Klark Almaniyaya 30 yaşdan yuxarı 9 oyunçu aparacaq.

Şotlandlar əvvəlki 3 turniri qrup mərhələsində başa vurublar. Almaniya, Macarıstan və İsveçrə ilə eyni qrupda yarışacaq Klarkın komandası tarixi uğura imza atmaq üçün təcrübədən istifadə edəcək.

Almaniya yığması
Orta yaş: 28,2

AVRO-2024-ün ikinci ən yaşlı komandası Şotlandiya ilə eyni qrupda yarışacaq. Almaniya millisinin orta yaş həddi 28,2-yə bərabərdir. Turnirin ən gənc baş məşqçisi Yulian Nagelsman (35 yaş) daha çox həmyaşıdlarına dəvət göndərmək qərarlna gəlib. O, qapını özündən böyük Manuel Noyerə (38 yaş) etibar edəcək. Tomas Müllerlə Toni Kroosun 34, İlkay Gündoğanın 33 yaşı var. "Qocalar"la bərabər 21 yaşlı Camal Musiala və Florian Virts, eləcə də 20 yaşlı Aleksandar Pavloviç "bundestim"in əsas üzvləri sayıla bilər. Şotlandiya kimi Almaniyanın da heyətində 30 yaşdan yuxarı 9 futbolçu var.

Almaniyanın meydan sahibi olması onları favoritlər sırasına daxil edir. "Gənc komandir" Nagelsman "qocalar"la döyüşə getmək qərarını verib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Oxşar xəbərlər