"Milan"ın baş məşqçisi Stefano Piolinin mövsümün sonunda İtaliyanı tərk edəcəyi dəqiqləşib. Sport24.az "Sabah"a istinadən xəbər verir ki, italiyalı məşqçi "Fənərbaxça"nı çalışdırmağa yaxındır.
İstanbul klubunun rəhbərliyi Piolini yeni mövsüm üçün baş məşqçi postuna gətirmək niyyətindədir.
Qeyd edək ki, "qırmızı-qaralar" Piolinin rəhbərliyi altında 2021/2022 mövsümündə A Seriyasını qazanıb.