"Fənərbaxça" yeni mövsüm üçün hücum xəttini gücləndirməyi planlaşdırır.
Sport24.az xəbər verir ki, İstanbul təmsilçisinin gündəmində iki forvard var. Bunlar "Luton Taun"da çıxış edən Elayca Adebayo və "Yuventus"dan Moyze Kindir.
"Fənərbaxça" Adebayo üçün İngiltərə klubu ilə danışıqlara başlayacaq. Klub ingiltərəli forvard üçün 8-10 milyon avroluq təklif göndərəcək.