"Barselona"nın gənclərdən ibarət komandasının müdafiəçisi Andrea Natali Almaniya Bundesliqasında çıxış edə bilər. Sport24.az AS-a istinadən xəbər verir ki, 16 yaşlı futbolçu ilə "Bayer" maraqlanır. Almanlar gənc futbolçunun transferinə bir milyon avro xərcləməyi düşünür.
Kataloniya klubu isə italiyalını düşərgədə saxlamağı planlaşdırır.
Qeyd edək ki, "Bayer" ötən mövsüm Bundesliqada çempionluğu qeyd edib, həm də Almaniya kubokunu qazanıb.