"Barselona" ötən mövsüm icarə əsasında komandada çıxış edən müdafiəçi Joao Kanselo ilə bağlı qərar verib. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi Kanselonun icarə müddətini daha bir mövsüm uzatmağa çalışır.
Baş məşqçi Hans Diter Flik portuqaliyalı futbolçunu bəyəndiyi üçün onu heyətdə saxlamaq istəyir.
Qeyd edək ki, Kanselonun məxsus olduğu "Mançester Siti" ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.