UEFA 2024-cü il Avropa çempionatının bombardirinə veriləcək mükafatı təqdim edib. Sport24.az xəbər verir ki, Almaniyada təşkil olunacaq qitə çempionatına xüsusi hazırlanmış mükafat veriləcək.
Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək davam edəcək. Qrup mərhələsində 1-ci və 2-ci yerləri tutacaq yığmalar, həmçinin 3-cü yeri tutan 4 ən yaxşı komanda 1/8 finala yüksələcək.