top
Qismət Alıyev: Rəqiblər barədə fikirlər və Millətlər Liqası hədəfləri - MÜSAHİBƏ Idman.biz
31 mart 2026, 12:08
- ↺ +

Qismət Alıyev: Rəqiblər barədə fikirlər və Millətlər Liqası hədəfləri - MÜSAHİBƏ

"İlk baxışdan bu dəqiqə üçün zəif komanda yoxdur".

Bunu "FIFA Series - 2026" beynəlxalq turnirinin qalibi olan futbol üzrə Azərbaycan millisinin və "Zirə" komandasının müdafiəçisi Qismət Alıyev AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan millisi FIFA-nın təşkil etdiyi turnirin qalibi oldu. Yığmanın yarış ərzində Sent Lüsiya (6:1) və Syerra-Leone (1:1, p.9:8) ilə keçirdiyi oyunlar haqqında fikirləriniz maraqlıdır...

- Bu turnir millimiz üçün çox faydalı oldu. Qarşıdan Millətlər Liqası gəlir. Bu oyunlar baş məşqçidə futbolçuların seçimi ilə bağlı fikir formalaşdırır. Düşünürəm ki, haradasa alınan da, alınmayan da məqamlar oldu. Bundan sonra yay toplanışı olmalıdır. Orada da iki yoldaşlıq görüşümüz var. Əsas hədəfimiz tam optimal forma ilə Millətlər Liqasına hazırlaşmaqdır.

- Sizcə, rəqiblər asan idi, yoxsa millimiz güclü idi?

- Məsələn, Fransa kimi yığma ilə eyni səviyyədə olmasaq da, mübarizə apardıq. Biz milli formanı geyiniriksə, rəqibdən asılı olmayaraq, həmin turnirdə maksimum nə varsa, ortaya qoymağa çalışırıq. İlk oyunda rahatlıqla qələbə qazansaq da, ikinci matçda özümüz də gördük ki, rəqib həqiqətən də dişli idi. Sonda penaltilərlə də olsa, qələbə qazanıb turnirin qalibi olduq.

- Uzunmüddətli uğursuz seriyadan sonra ardıcıl gələn bu qələbələr komanda üçün psixoloji baxımdan nə dərəcədə əhəmiyyətlidir və bunu bir dönüş nöqtəsi hesab etmək olarmı?

- Uzun zamandır uğursuz seriyamız var idi. Bu iki oyunda qalib gəlmək fikrimcə, dönüş nöqtəsidir. Yayda da yoldaşlıq oyunları var. Artıq qələbəsiz seriyanı qırıb, qələbə seriyası ilə davam etmək istəyirik. Ancaq qələbələrlə Millətlər Liqasına getmək istəyirik. Düşünürəm ki, bu oyunların bizim üçün faydası var.

- Millətlər Liqasındakı rəqibləriniz - Litva və Lixtenşteyn barədə nə deyə bilərsiniz?

- İlk baxışdan bu dəqiqə üçün zəif komanda yoxdur. Heç bir komanda rahatlıqla qələbə qazana bilmir. Rəqiblərimizdən olan Litva Gürcüstan millisi ilə qarşılaşmanın ilk hissəsində pis oyun göstərmirdi. Komanda demək olar ki, Gürcüstan kimi seçmə ilə başa-baş mübarizə aparırdı. Sonda 0:2 hesabı ilə məğlub olsalar da, həqiqətən də dişli rəqibdir. Yəni düşünürəm ki, hər iki oyun bizim üçün önəmlidir və məqsədimiz bəllidir. D Liqasından C Liqasına yüksəlmək istəyirik.

- Premyer Liqada hazırda 42 xalla 4-cü pillədə qərarlaşan "Zirə"nin avrokubok şanslarını necə dəyərləndirirsiniz?

- Qarşıda bizi kubok matçı gözləyir. Güclü komanda ilə oynayacağıq. Yaxşı hazırlaşıb oyunu qələbə ilə başa vurmaq istəyirik. Eyni zamanda, çempionatda da məqsədlərimiz var. Ümumilikdə vəziyyət belədir ki, bizdən aşağıda olan komandalar 3–5 xal geridədir. Düşünürəm ki, indidən qəti nəsə demək çətindir. Növbəti oyunlarda kim daha yaxşı hazırlaşsa və daha diqqətli olsa, avrokuboklara vəsiqəni də o qazanacaq.

- Karyeranızı Avropada davam etdirməyi düşünürsünüz?

- Bu dəqiqə hələ heç bir fikirim yoxdur. Qarşıda "Zirə" ilə çox vacib oyunlarımız var. Bu dəqiqə o barədə düşünmürəm. Mövsümün sonunda müqaviləm bitəcək, ondan sonra götür-qoy edəcəyik.

- Klubla yeni sözləşmə ilə bağlı danışıqlarınız olub?

- Bəli, danışıqlarımız olub. Amma özümü mövsümün sonuna kimi əldə edəcəyimiz nəticələrə kökləmişəm. Ümid edirəm ki, nəticələr istədiyimiz kimi alınar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Oxşar xəbərlər