"Qəbələ"nin yeni baş məşqçisi Yeton Beqiri komandanın futbolçuları və heyəti ilə tanış olub. Sport24.az xəbər verir ki, təqdimat mərasimi bu gün komandanın məşqindən əvvəl baş tutub.
Klub prezidenti Fariz Nəcəfov şimali makedoniyalı mütəxəssisi kollektivə rəsmən təqdim edib.
Tərəflər arasında "1+2" il sxemi üzrə müqavilə imzalanıb. Y.Beqiri sentyabrın 20-dən etibarən baş məşqçi kimi vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, "Qəbələ" Misli Premyer Liqasının 6-cı turu çərçivəsində növbəti matçını sentyabrın 18-də "Neftçi"yə qarşı keçirəcək.