top
Qəbələnin 1:7-lik məğlubiyyəti: Səbuhi Səfiyarlının müsahibəsi Idman.biz
11 mart 2026, 18:08
- ↺ +

"Qəbələ"nin 1:7-lik məğlubiyyəti: Səbuhi Səfiyarlının müsahibəsi

"Hər oyunda belə olsaydı, deyərdik ki, futbolçularda xarakter yoxdur".

Bunu "Qəbələ"nin idman direktoru Səbuhi Səfiyarlı qol.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- "Qəbələ" 5 turdur qalib gələ bilmir. "Sabah"la son oyunda isə 1:7 hesabı ilə uduzdu. Klub rəhbərliyi bununla bağlı nə düşünür, hansı addımlar atılacaq?

- Bəli, son turlarda komanda yaxşı oynamırdı. "Sabah"la oyunda isə belə hesabla uduzmağımız gözlənilməz oldu. "Sabah"la yaxın müddətdə daha 4 oyun keçirmişdik və heç birində belə acınacaqlı nəticə qeydə alınmamışdı. Ümumiyyətlə, heç bir komandaya belə böyük hesabla uduzmamışdıq. Uduzduğumuz oyunlarda da komanda döyüşkən olmuşdu, əzmkarlıq göstərmişdi. Bu məğlubiyyət həqiqətən çox gözlənilməz və üzücü oldu. Məğlubiyyətə hansısa səbəb göstərsəm, bəhanə kimi görünəcək. Ona görə də səbəb göstərməyin mənası yoxdur. Səbəb bizim özümüz üçün var ki, bir daha belə hal təkar olunmasın və bundan bir nəticə çıxaraq. Nəticə çıxarmaq üçün araşdırma aparırıq. Bu da klubun daxili işidir. Futbolçularla görüş olub, yenə olacaq. Hamı başa düşməlidir ki, bu komanda heç vaxt belə uduza bilməz. Başqa deyiləsi bir söz yoxdur. Belə məğlubiyyətə görə ancaq azarkeşlərdən üzr istəmək qalır. Çalışmalıyıq ki, bir də belə hal olmasın.

- "Qəbələ" kimi klubların futbolçuları əsasən xarakter sayəsində uğura çata bilərlər. "Sabah"la görüşdə isə komandada xarakter görünmədi.

- Hər oyunda belə olsaydı, deyərdik ki, futbolçularda xarakter yoxdur. Amma 3-4 gün əvvəl "Sabah"la kubok matçında komanda çox gözəl futbol oynamışdı. Birdən-birə komandanın belə bir vəziyyətə düşməsi... Nəsə demirəm. Çünki qeyd etdiyim kimi, nəsə desəm, bəhanə kimi çıxacaq. Səbəb demək istəmirəm, çünki 1:7 hesabına heç bir səbəb yoxdur. Ona görə də deyiləcək çox söz yoxdur.

- "Qəbələ" hazırda 11-ci pillədədir ki, bu da Premyer Liqadan düşmə riski yaradır.

- Aydın məsələdir ki, bu zonadan uşaqlaşmaq lazımdır. Yuxarı pillələrdə olan komandalarla da çox xal fərqimiz yoxdur. Komanda toparlansa, əvvəlki vəziyyətinə qayıda bilsə, yenə də yaxşı nəticələr gələcək. Sadəcə son oyunlardan nəticə çıxarmaq və düzgün qərarlar vermək lazımdır.

- Uğursuz nəticələrə görə baş məşqçi Kaxaber Sxadadze ilə görüş olub?

- Bəli, dünən baş məşqçi ilə söhbətimiz oldu. Əlbəttə ki, o da məyusdur, vəziyyəti araşdırmalıdır. Növbəti oyuna qədər durumu araşdıracaq. Oyuna qədər həm komanda, həm də məşqçilərlə daha 1-2 görüşümüz olacaq. Dediyim kimi, araşdırmalar davam edir, bu, belə qalmayacaq. Bütün futbolçular da başa düşməlidir ki, belə bir şey təkrar oluna bilməz.

- "Sabah"la son oyunda Kaxaber Sxadadzevnin azarkeşlərdən biri ilə mübahisə etdiyi, onu hədələdiyinə dair video yayılmışdı. Bu haqda nə deyə bilərsiniz?

- Sxadadze olmasın, mən olum, siz olun, 1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz? Məğlubiyyəti mülayim qarşılasaydı, təəccüblü onda olardı ki, bunun vecinə deyil. O cür məğlubiyyət zamanı məşqçinin belə davranması başadüşüləndir. Kim olsa, hansısa sözə, hərəkətə elə reaksiya verərdi. Sadəcə olaraq bu epizod kameraya tuş gəlib. Futboldur, emosialarla doludur, hər şey ola bilər. Mən inanmıram ki, komanda yaxşı oynayanda belə bir hadisə yaşansın. Bu cür etmək vəziyyətlə barışmamaqdır. Azarkeşləri də başa düşürük. Eyni şeyi onlar haqda da demək olar. 1:7 hesabı ilə uduzan və meydanda döyüşməyən bir kollektiv görürlər. Onların da reaksiyasını başa düşürük. Sadəcə elə etmək lazımdır ki, bir də bu hallar yaşanmasın. Bundan hansısa başqa nəticə çıxarmaq düzgün olmaz.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Dünən, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Oxşar xəbərlər