Misli Premyer Liqasının XI - "Zəfər turu"nun ilk oyun gününə Qəbələdə yekun vurulacaq. Sport24.az xəbər verir ki, bölgənin eyniadlı təmsilçisi "Sumqayıt"la üz-üzə gəlir.
Hazırda aktivində 5 xal olan meydan sahibləri təhlükəli zonada - 10-cu pillədə qərarlaşıbsa, "kimyaçılar" 17 xalla 4-cüdür. "Qırmızı-qaralar" cari mövsümdə ilk və sonuncu qələbəsini 3 turda qeyd edib. Bu üzdən Kaxaber Tsxadadzenin komandasının meydana 3 xal üçün çıxacağı heç kimdə şübhə doğurmur. Sumqayıt təmsilçisi isə avrokuboklara vəsiqə uğrunda mübarizə apardığından autsayderlər qrupunda yer alan rəqiblə görüşdə xal itirməyi düşünmür.
Qeyd edək ki, "Zəfər turu"nun digər oyunları sabah və bazar günü keçiriləcək.
Misli Premyer Liqası
I dövrə, XI tur
16:44. "Qəbələ" - "Sumqayıt" 0:0 (Birinci hissə)
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Qəbələ. Şəhər stadionu,
"Qəbələ": 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 13. Nicat Əliyev 74. Süleyman Damadayev 27. Eşqin Əhmədov 50. Adriel Ba Loua 42. Jondo Fuxs 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 97. Elşad Tağıyev 7. Rüfət Əhmədov 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 26. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 70. Paulo Quimbila
"Sumqayıt": 1. Mehdi Cənnətov 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) 19. Roi Kehat 9. Aleksandr Ramalinqom 14. Pedro Pinto 10. Nikola Ninkoviç 72. Rayan Senhadji 23. Ronaldo Vaskez 80. Keffel Resende 25. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 56. Aftandil Arixov 3. Höccət Haqverdi 6. Rauf Rüstəmli 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 66. Ruslan Əliyev 71. Masaki Murata 95. Nsana Simon