"Qəbələ"nin ispan futbolçusu Xayme Sierra Sportal.az saytına müsahibə verib.
İki gün öncə İspaniya təmsilçisi "Barselona" Çempionlar Liqasının 5-ci turunda Bakıda "Sabah"la qarşılaşdı. Bu görüşlə bağlı nə düşünüsən?
Maraqlı oyun idi. Düşünürəm ki, "Barselona" oyuna bir az arxayın başladı. Bəlkə də asan olacağını düşünürdülər. "Sabah"ın da qol vurmaq üçün bir neçə çox əlverişli şansı oldu. Entoni Qordonun qolundan sonra oyunun gedişatı dəyişdi. "Barselona"nın potensialını nəzərə alsaq, yekun nəticə gözlənilən idi. Lakin "Sabah" peşəkar oyun nümayiş etdirdi və öz şanslarını yaxalamağa çalışdı.
Oyunu canlı izləyə bildin?
Xeyr. Bakıda deyildim, Qəbələdəyik. Ona görə oyunu Qəbələdən, televizor vasitəsilə izlədim.
"Qəbələ"dən söz düşmüşkən, son matçda "Şəfa"nı məğlub etməyi bacardınız. Vəziyyətin demək olar ki, normala doğru getdiyini söyləyə bilərik?
Bəli, bu, 3 xalı qazanmaq və turnir cədvəlinin son pillələrindən uzaqlaşmaq üçün vacib oyun idi. Son vaxtlar yaxşı nəticələr əldə edirik. Bu templi qoruyub saxlamalıyıq.
"Şəfa" ilə oyundakı çıxışınızı necə qiymətləndirirsiniz? Futbol baxımından yaxşı oynadığınızı düşünürsünüz, yoxsa daha yaxşısını edə bilərdiniz?
Düşünürəm ki, hər zaman daha yaxşısını etmək mümkündür. Lakin komandanın yaxşı təsir bağışladığını hiss etdim. Oyunun böyük hissəsində üstünlük bizdə idi. Meydança çox da yaxşı vəziyyətdə deyildi, buna baxmayaraq, bəzi məqamlarda topa yaxşı nəzarət edə bildik.
"Qəbələ" növbəti turda "Şamaxı" ilə qarşılaşacaq. Bu oyundakı şanslarınızı necə dəyərləndirirsiniz və rəqib haqqında fikirləriniz nələrdir?
Bu, növbəti vacib oyundur. Qalib gəlsək, hər iki komandanın xalları bərabərləşəcək. Onlar təhlükəli rəqibdir. Yaxşı təşkilatlanıblar və komandanı əla məşqçi idarə edir. Şübhəsiz ki, işimizi çətinləşdirəcəklər, lakin yaxşı nəticə qazana biləcəyimizə inanıram.
Mirbağırağa