"Qazaxıstan yığması üçün hər şey yaxşı başlamışdı". Sport24.az xəbər verir ki, qazaxıstanlı veteran futbolçu Bulat Esmaqambetov deyib.
O, ölkə yığmasının Azərbaycan millisi ilə oyununu şərh edib: "Yığma 2 fürsətdən istifadə etdi və özünü çox rahat hiss etməyə başladı. Digər tərəfdən hamı azərbaycanlıların asanlıqla təslim olmayacağını bilirdi. Təəssüf ki, Qazaxıstan komandasının mərkəz xətti zəif çıxış etdi. Azərbaycan yığması təhlükəli vəziyyətlər yaratmağa başladı. Onlar daha yaxşı oynayıb, mübarizələrdə üstünlük qazandılar. Etiraf edək ki, Azərbaycan qələbəyə layiq idi".
Qeyd edək ki, Azərbaycan - Qazaxıstan matçı 3:2 hesabı ilə başa çatıb.