Futbol üzrə Azərbaycan millisi sabah Qazaxıstanla yoldaşlıq oyunu keçirəcək.
İdman.biz xəbər verir ki, bu, komandamızın iyunun 11-də meydana çıxdığı 3-cü matç olacaq.
Yığma indiyədək iki dəfə bu tarixdə oynayıb. AVRO-2004-ün 2003-cü ildə baş tutan seçmə görüşündə Azərbaycan millisi Serbiya və Monteneqronu 2:1 hesabı ilə məğlub edib.
16 il sonra AVRO-2020-nin Slovakiya ilə qarşılaşması da iyunun 11-də baş tutub. Yenə Bakıda keçirilən daha məhsuldar alınıb. Qonaqlar 5:1 hesabına seviniblər.
Qeyd edək ki, Azərbaycanla Qazaxıstan arasında görüş Macarıstanda baş tutacaq.
İdman.biz