İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt iki futbolçunu komandanın Avro-2024 üçün olan heyətindən kənarlaşdırıb. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Sautqeyt "Tottenhem"in yarımmüdafiəçisi Ceyms Meddison və "Liverpul"un yarımmüdafiəçisi Kertis Conssuzu düşərgədən uzaqlaşdırıb.
Avropa çempionatında İngiltərə Serbiya, Danimarka və Sloveniya ilə eyni qrupda çıxış edəcək. Turnir Almaniyada keçiriləcək və iyunun 14-də start götürəcək.