"Qarabağ" UEFA reytinqində Azərbaycanın əmsalını artırıb.
İdman.biz xəbər verir ki, bu, Aödam təmsilçisinin Çempionlar Liqasının əsas mərhələsinin II turunda evdə Danimarkanın "Kopenhagen" klubunu 2:0 hesabı ilə məğlub etməsi nəticəsində mümkün olub.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ölkənin hesabına daha 0.500 əmsal yazdırıb. Azərbaycan hazırda 22.000 xalla 25-ci pillədə qərarlaşıb.
Reytinq cədvəlində 24-cü yerdə Serbiya (22.375), 26-cı pillədə isə Slovakiya (21.375) qərarlaşıb.
Qeyd edək ki, İngiltərə (97.116) UEFA reytinqində birincidir.