"Qarabağ" klubunun U-19 komandasının yeni transferləri Muyideen Olude və Toheeb Abiodun viza problemləri həll edilib.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, nigeriyalı futbolçular İspaniyada "Atletik"ə qarşı keçirəcəkləri UEFA Gənclər Liqasının matçında komandalarına kömək edə biləcəklər.
Sentyabrda heyətə cəlb edilən oyunçular vizaları hazır olmadıqları üçün Portuqaliyada "Benfika"nın U-19 kollektivi (1:7) ilə görüşdə iştirak etməmişdilər. Əvəzində hər ikisi Bakıda Danimarkanın "Kopenhagen" klubunun U-19 komandası ilə matçda (0:5) meydana çıxıblar.
Qeyd edək ki, U-19 oktyabrın 22-də "Atletik"lə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.