UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış edən komandaların növbəti raunda vəsiqə şansları araşdırılıb. Spor24.az-ın məlumatına görə, Azərbaycan çempionu "Qarabağ"ın pley-offa yüksəlmək ehtimalı artıb.
Buna komandanın I turda Portuqaliyada "Benfika"ya qalib gəlməsi (3:2) səbəb olub. "Köhlən atlar"ın ilk "8-lik"yə düşmək şansı 1 faiz, "24-lük"də olma ehtimalı isə 34 faiz olaraq göstərilib.
Qeyd edək ki, "Qarabağ" oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" kollektivini qəbul edəcək.