top
Qarabağın Benfika üzərində sensasion qələbəsi: 10 fakt Idman.biz
17 sentyabr 2025, 12:07
- +

"Qarabağ"ın "Benfika" üzərində sensasion qələbəsi: 10 fakt

"Qarabağ"ın Lissabonda "Benfika" üzərində qazandığı sensasion qələbə dünyanın aparıcı idman mediasının əsas mövzularından birinə çevrilib.

İdman.biz xəbər verir ki, Sports.ru xəbər portalı Ağdam klubuna həsr olunan geniş material dərc edib.

16-cı dəqiqəyə 0:2 hesabı ilə uduzan və sonda parlaq qələbə qazanan (3:2) "Qarabağ"la bağlı 10 fakt təqdim edilib:

- "Qarabağ" Azərbaycan çempionatında 12 dəfə qızıl medal, 8 dəfə ölkə kuboku qazanıb. Son mövsümdə çempion olub, amma kubokun finalında "Sabah"a uduzub.

- Komandanın uğurlarının böyük hissəsi 2008-ci ildən "Qarabağ"ı çalışdıran Qurban Qurbanovun adı ilə bağlıdır. O, hazırda Azərbaycanın ən titullu baş məşqçisidir və Avropada uzunömürlü çalışdırıcılar sırasında yer alır.

- Bu qələbə "Qarabağ"ın Çempionlar Liqasındakı ilk zəfəridir. Klub 2017/18 mövsümündə də qrupda çıxış etmişdi və "Atletiko"nun iki dəfə xal itirməsinə səbəb olmuşdu.

- Azərbaycan çempionu mütəmadi olaraq avrokuboklarda iştirak edir. Ən böyük uğur 2023/24 mövsümündə Avropa Liqasının 1/8 finalına yüksəlmək olub. O vaxt rəqib məğlubedilməz "Bayer" idi.

- Hazırda "Qarabağ" UEFA reytinqində 55-ci yerdədir, "Benfika" isə onuncu. Ağdam klubu "Atletik", "Nyukasl", "Nitsa" kimi klubları geridə qoyur.

- Komanda ev oyunlarını Bakıda – Tofiq Bəhramov adına stadionda keçirir. Həmin Bəhramov 1966-cı il dünya çempionatı finalında İngiltərənin mübahisəli qolunu qeydə alan yan xətt hakimi kimi tanınır.

- Mövsümə isə çətin start verilib: "Qarabağ" hazırda Premyer Liqada 12 komanda arasında 7-ci yerdədir və cəmi 4 xalı var.

- Komandanın ən bahalı futbolçuları 2,5 milyon avro dəyərləndirilir. Onlardan biri – braziliyalı Kadi bir vaxtlar "Krasnodar"da da oynayıb.

- Ən təcrübəli oyunçulardan biri isə 2018-dən "Qarabağ"ın şərəfini qoruyan fransalı yarımmüdafiəçi Abdellah Zubirdir.

- "Benfika"nın heyətinin ümumi dəyəri 335 milyon avrodursa, "Qarabağ"ınkı cəmi 24 milyon təşkil edir. Amma bu dəfə meydanda büdcələr yox, əzmkarlıq qalib gəldi: Andrade, Kamilo Duran və Aleksey Kaşukun qolları 0:2 hesabını tarixi 3:2-yə çevirdi.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər