"Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda İspaniyada "Atletik"ə qarşı keçirəcəkləri oyundan öncə azarkeşlərə müraciət edib.
İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisi rəsmi məlumat yayıb.
Bildirilib ki, komandanı İspaniyada dəstəkləmək istəyən azarkeşlər səfər oyunu üçün vauçerləri oktyabrın 15-dən əldə edə biləcəklər. Vauçerlərin biletə çevrilməsi ilə bağlı əlavə məlumat isə daha sonra klubun sosial media hesablarında paylaşılacaq.
Qeyd edək ki, "Atletik" – "Qarabağ" oyunu oktyabrın 22-də keçiriləcək.