Bu gün "Qarabağ"ın İngiltərədə "Nyukasl"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa azərbaycanlı azarkeşlər üçün biletlər satışa çıxarılacaq.
İdman.Biz xəbər ki, bu barədə Ağdam klubundan məlumat verilib.
Azarkeşlər saat 15:00-dan iTicket.az saytından biletləri əldə edə bilərlər.
Qeyd edək ki, "Qarabağ" və "Nyukasl" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-də saat 23:59-da (Bakı vaxtı ilə) İngiltərədə baş tutacaq.