Ağdamın "Qarabağ" klubu hücumçusu Nəriman Axundzadənin ABŞ və Kanadanın Yüksək Futbol Liqa ( "Major League Soccer" - MLS) təmsilçisi "Kolambus Kru"ya transfer olduğuna dair məlumat yayıb.
İdman.Biz xəbər verir ki, klubun mətbuat xidməti məlumatı "Qarabağ"ın sosial şəbəkə hesablarında dərc edib.
"Futbolçumuz Nəriman Axundzadə ilə bağlı klubumuzun MLS (ABŞ) təmsilçisi "Kolumbus Kru" (Columbus Crew) klubu ilə aparılan danışıqları yekun mərhələyə çatmış və tərəflər arasında razılıq əldə olunmuşdur.
Mövcud razılaşmaya əsasən, futbolçuya qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilmişdir.
Prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaqdır" – "Qarabağ" klubunun ictimaiyyətə ünvanlandığı açıqlamada qeyd olunur.