Misli Premyer liqasında VII turun oyunları davam edir. Sport24.az xəbər verir ki, tur çərçivəsində bu gün daha iki oyun keçiriləcək.
Günün ilk matçı "Azersun Arena"da baş tutacaq. Həftəiçi Çempionlar Liqasında "Kopenhagen"i məğlub edən "Qarabağ" yeni baş məşqçi ilə anlaşan autsayder "Kəpəz"i qonaq edəcək. Kağız üzərində Gəncə təmsilçisi şanssız görünsə də futbolun sürprizlələ dolu bir idman növü olduğunu unutmaq olmaz.
Qeyd edək ki, oyunun start fiti saat 17:00-da səslənəcək.
Misli Premyer Liqası
I dövrə, VII tur
17:00. "Qarabağ" - "Kəpəz" 1:0 (İkinci hissə)
Qol: Sami Mmae, 38
Hakimlər: Nicat İsmayıllı, Rahil Ramazanov, Kərim Zeynalov, Vüqar Həsənli
VAR: Əli Əliyev
AVAR: Rəşad Əhmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
Bakı. "Azersun Arena".
"Qarabağ": 1. Şahrudin Məhəmmədəliyev 55. Bədavi Hüseynov (k) 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 7. Nəriman Axundzadə 32. Hikmət Cəbrayılzadə 3. Sami Mmae 18. Dani Bolt 6. Kris Kuaku 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 99. Mateus Koxalski 97. Fabian Buntiç 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir 81. Kevin Medina 20. Kadi Borqes 2. Mateus Silva 15. Leandro Andrade 21. Aleksey Kaşuk 35. Pedro Bikalyo 17. Kamilo Duran
Baş məşqçi: Qurban Qurbanov
"Kəpəz": 1. Kaçper Rosa 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 9. Luis Paçu 11. Vitor Feijao 29. Dioqo Verdaska 24. Olavale Onanuqa 12. Mahamadu Ba (k) 10. Ryonosuke Ohori 38. Cefferson Bentu
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 99. Əli Səmədov 88. Şakir Seyidov 17. Ümid Səmədov 15. Raul Məmmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 19. Otar Aptsiauri 55. Kresus Donqo 6. Pedro Qomeş
Baş məşqçi: Azər Bağırov