"Qarabağ" klubunun zədələnən futbolçusu Kamilo Duran hazırda həkimlərin müşahidəsi altındadır.
İdman.Biz xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
"UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" ilə cavab oyununda zədələnən Kamilo Duran hazırda həkimlərin müşahidəsi altındadır. Həkimlər yekun rəy verdikdən sonra ətraflı məlumat veriləcək", - deyə klubdan bildirilib.
Qeyd edək ki, kolumbiyalı oyunçu İngiltərədə 2:3 hesabı ilə məğlub olduqları matçın ikinci hissəsində sıradan çıxıb.