Misli Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilən "Qarabağ" - "İmişli" qarşılaşmasının ilk hissəsi başa çatıb.
İdman.Biz xəbər verir ki, görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənməyib və komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
17:01
Misli Premyer Liqasının 32-ci turu çərçivəsində ikinci qarşılaşması "Qarabağ" - "İmişli" oyununa start verilib
İdman.Biz xəbər verir ki, matç Tofiq Bəhramov adına Respublika Stadionuda keçirilir.
Komandalar oyuna aşağıdakı start heyətləri ilə qatılıblar.
"Qarabağ": 99. Mateusz Koxalski, 15. Leandro Andrade, 8. Marko Yankoviç, 81. Kevin Medina, 27. Toral Bayramov, 10. Abdullah Zubir (kapitan), 2. Marko Silva, 20. Kadi Borges, 35. Patrick Andrade, 18. Davide Bolt, 17. Kevin Duran.
Ehtiyat oyunçular: 97. Filip Buntiç, 89 Amin Ramazanov, 55 Bəhlul Hüseynov, 21 Aleksey Kaşuk, 11 Emmanuel Addai, 32 Həsən Cəbrayılzadə, 77 Ramil Şeydayev, 24 Jan Qnali.
Baş məşqçi: Qurban Qurbanov
"İmişli": 1. Həsən Quliyev, 5. İsmayıl İnqilablı, 70. Murad Tahirov, 44. Həsən İsayev, 11. Vüqar Qənbərov, 19. Anar Salahlı (kapitan), 17. Erik Morqan, 7. Leonardo Silvestr, 94. Rui Vieqaş, 29. Ernesto Banquera, 79. Diogo Kardozu.
Ehtiyat oyunçular: 99. İlkin Əli, 77. Elvin Rəhimzadə, 21. Aydın Ağazadə, 97. Xəyal Mahmudov, 3. Tural Yusifli, 30. Xəyal Mürsəlli, 6. Yusuf Mozes, 90. Rauf Abbaszadə, 20. Nihad Hüseynov.
Baş məşqçi: Jorj Kaşkilya
09:35
Bu gün futbol üzrə Misli Premyer Liqasının 32-ci turu çərçivəsində ikinci qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionuda baş tutacaq.
İdman.Biz xəbər verir ki, "Qarabağ" "İmişli"ni qəbul edəcək.
Oyun saat 17:00-da başlayacaq. "Qarabağ" 63 xalla turnir cədvəlinin ikinci pilləsində yer alıb. 33 xala malik "İmişli" isə doqquzuncudur.
Misli Premyer Liqası
Üçüncü dövrə, 32-ci tur
16 may (şənbə)
17:00. "Qarabağ" - "İmişli"
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Rəhman İmami, Nicat İsmayıllı.
VAR: Əliyar Ağayev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tofiq Bəhramov adına Respublika Stadionu
Qeyd edək ki, tura mayın 17-də yekun vurulacaq.