top
Qarabağ FK və Azərxalça arasında Qarabağ dəyərlərini əks etdirən xalça kolleksiyası üzrə əməkdaşlıq memorandumu imzalandı Sport24.az
17 mart 2026, 18:00
- ↺ +

"Qarabağ" FK və "Azərxalça" arasında Qarabağ dəyərlərini əks etdirən xalça kolleksiyası üzrə əməkdaşlıq memorandumu imzalandı

"Qarabağ" Futbol Klubu ilə "Azərxalça" ASC arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sport24.az xəbər verir ki, İçərişəhərdə yerləşən satış və sərgi salonunda keçirilən tədbirdə sənədi "Qarabağ" FK-nın prezidenti Tahir Gözel və "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov imzalayıb.

 

Memoranduma əsasən, tərəflər "Qarabağ" FK-nın brend dəyərlərini, Qarabağ atlarını və milli ornamentləri əks etdirən limitli xalça kolleksiyalarının hazırlanması, istehsalı və satışı istiqamətində əməkdaşlıq edəcəklər. Eyni zamanda, məhsulların beynəlxalq bazarlara çıxarılması və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

 

Çıxışlar zamanı tərəflər bu əməkdaşlığın xalçaçılıq sənətinin inkişafına, milli irsin qorunmasına və Qarabağ həqiqətlərinin beynəlxalq səviyyədə təbliğinə töhfə verəcəyini bildiriblər.

 

"Qarabağ" Futbol Klubunun prezidenti Tahir Gözel tərəfdaşlığın hər iki tərəf üçün uğurlu olacağını bildiirib: "Qarabağ" Futbol Klubu ilə "Azərxalça" ASC arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması bizim üçün yalnız bir tərəfdaşlıq deyil, həm də dəyərlərin, ənənələrin və milli kimliyimizin bir araya gəlməsidir. İnanıram ki, bu əməkdaşlıq nəticəsində ortaya çıxacaq kolleksiyalar sadəcə bir məhsul olmayacaq, onlar Qarabağın ruhunu dünyaya çatdıran mədəni mesaj olacaq. Bizim üçün çox önəmlidir ki, "Qarabağ" Futbol Klubunun brend dəyərləri yalnız stadionlarla məhdudlaşmasın. Bu baxımdan "Azərxalça" ilə başladığımız bu yolun uzunmüddətli və uğurlu olacağına tam əminəm",-deyə Tahir Gözel bildirib.

 

"Azərxalça" ASC sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov da faydalı və ikitərəfli əməkdaşlığın qurulmasından məmnunluq hissi duyduğunu söyləyib.

 

"Azərxalça" ASC həm ölkə daxili, həm ölkə xaricində baş tutan bütün tədbir və sərgilərdə Qarabağ xalçaçılıq tarixi, xalçaları və ümumilikdə mədəniyyətini təbliğ edir. "Qarabağ Futbol Kulubu da Qarabağ adını və bu bölgənin həqiqətlərini beynəlxalq səviyyədə futbol vasitəsilə mütəmadi olaraq təbliğ edir. "Qarabağ" FK-nın Azərbaycan futbolu üçün etdikləri həm yerli çempionatın səviyyəsinin yüksəlməsinə, həm də ölkə futbolunun beynəlxalq arenada tanınmasına birbaşa xidmət edir",- deyə Emin Məmmdov bidlirib.

 

"Qarabağ" Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov çıxışı zamanı "Azərxalça" ilə imzalanan memorandumun əhəmiyyətini xüsusi vurğulayıb.

 

"Bu əməkdaşlıq milli dəyərlərin qorunması və təbliği baxımından mühüm addımdır. Futbolun geniş auditoriyasını nəzərə alsaq, belə layihələr Qarabağ adının və Azərbaycan mədəniyyətinin daha geniş coğrafiyada tanıdılmasına əlavə töhfə verəcək".

 

Memorandumun imzalandıqdan sonra tərəflər bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Oxşar xəbərlər