Çempionlar Liqasının II turunun "Qalatasaray" (Türkiyə) – "Liverpul" (İngiltərə) oyunu başa çatıb.
İdman.biz bildirir ki, qarşılaşma 1:0 hesabı ilə İstabnul klubunun xeyrinə başa çatıb.
"Qalatasaray"lı hücumçu Viktor Osimhen 16-cı dəqiqədə penaltidən yeganə qolu vurub.
Növbəti mərhələdə mersisaydlılar Frankfurt "Ayntraxt"ı ilə qarşılaşacaq. Qarşılaşma oktyabrın 22-də baş tutacaq. Türkiyə klubu "Bodö-Glimt"lə (22 oktyabr) qarşılaşacaq.
Builki Çempionlar Liqasının finalı Budapeştdəki "Puşkas Arena"da keçiriləcək. Yarışın həlledici qarşılaşması 2026-cı il mayın 30-da olacaq.