top
Qalatasaray - Fənərbağça Derbisinin 117 İllik Tarixi: Rekordlar, Anlar və İdman.Biz İcmalı Idman.biz
26 aprel 2026, 13:09
- ↺ +

"Qalatasaray" - "Fənərbağça" Derbisinin 117 İllik Tarixi: Rekordlar, Anlar və İdman.Biz İcmalı

Türkiyə idmanının iki nəhəng siması - "Qalatasaray" və "Fənərbağça" arasındakı rəqabət artıq 117-ci ilinə qədəm qoyur. Bugünkü 406-cı qarşılaşma ərəfəsində bu uzun tarixin vərəqləri bir-birindən maraqlı və bəzən inanılmaz faktlarla zəngindir.

İdman.Biz Türkiyənin ən böyük futbol rəqabətinin tarixi icmalını təqdim edir:

Bu böyük rəqabətin tarixinə ilk qolu 17 yanvar 1909-cu ildə keçirilən matçda "Qalatasaray"lı futbolçu Emin Bülent Sərdaroğlu yazdırıb. Həmin görüşdə 2:0 hesabı ilə qalib gələn "Sarı-qırmızılılar", rəqibləri üzərində ciddi üstünlük quraraq ilk yeddi oyunda qapılarında qol görməyiblər. "Fənərbağça"nın rəqibini ilk dəfə məğlub etməsi və tarixdəki ilk qolunu vurması üçün təxminən beş il gözləməsi lazım gəlib. Bu həsrətə 4 yanvar 1914-cü ildə Hasan Kamil Sporelin qolu ilə son qoyulub.

Dəfələrlə bir-birinə rəqib olan komandaların tarixində fərdi rekordlar da diqqət çəkir. "Fənərbağça"lı Zəki Riza Sporel 42 matçda vurduğu 27 qolla rəqabətin ən məhsuldar oyunçusu ünvanını hələ də qoruyur. Onu 24 qolla Alaattin Baydar və 20 qolla Lefter Küçükayandonyadis izləyir. "Qalatasaray"ın heyətində isə Metin Oktay 19 qolla ön sıradadır. Meydanda ən çox top qovan futbolçu isə "Qalatasaray"ın əfsanəvi qapıçısı Turqay Şərəndir. O, tam 55 dəfə derbinin həyəcanını yaşayıb.

Derbi tarixinin ən maraqlı hadisələrindən biri 1922-ci ilə təsadüf edir. Güclü yağış altında keçən və hakimin çətirlə idarə etdiyi həmin oyun "Fənərbağça"nın 3:0-lıq qləbəsi ilə başa çatıb. Matçı cəmi 14 biletli tamaşaçı izləyib. Müasir dövrdə isə mənzərə tam fərqlidir; 2003-cü ildə Atatürk Olimpiya Stadionunda keçirilən oyunu 70 min 125 nəfər izləyərək rekorda imza atıb.

Tarixdə təkcə qollar deyil, davalar və dostluqlar da iz qoyub. 1934-cü ildə futbolçuların kütləvi davası nəticəsində yarımçıq qalan matçdan sonra komandaların 17 oyunçusuna ağır cəza verilib. Digər tərəfdən, rəqabətin ilk illərində hər iki komandanın oyunçularının eyni evi kirayələməsi və bir yerdə vaxt keçirməsi futbolun birləşdirici gücünü göstərib. Hətta bir vaxtlar "FenerSaray" adlı ortaq komandanın qurulması və əcnəbi klublara qarşı birlikdə mübarizə aparılması planlaşdırılıb.

Rəqabət tarixindəki ən böyük fərqli qələbəni 1911-ci ildə "Qalatasaray" qazanıb - 7:0. "Fənərbağça"nın bu hesaba ən yaxın cavabı isə az qala bir əsr sonraya - 6 noyabr 2002-ci ilə təsadüf edir. "Sarı-lacivərdlilər" həmin gün Türkiyə Superliqası tarixindəki ən fərqli derbi qələbəsinə (6:0) imza atıblar. Bu matçda "Qalatasaray"ın o zamankı prezidenti Özhan Canaydının rəqibin qollarını alqışlaması isə dünya idman tarixinə unudulmaz centlmenlik nümunəsi kimi düşüb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Futbol
Bu gün, 05:21

Ronaldo: Sir Alex Ferguson məni əsl kişiyə çevirdi

Futbol
Bu gün, 04:07

Qadınlar futbolunda topun zərbəsi ilə həm qol, həm də zədələnmə – VİDEO

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Oxşar xəbərlər