top
Puxaç: Borussia oyunu sonrası boşluq hissi, “Sabah”ın heç-heçə edə biləcəyi Idman.biz
Bu gün, 20:51
- ↺ +

Puxaç: Borussia oyunu sonrası boşluq hissi, “Sabah”ın heç-heçə edə biləcəyi

Bakının "Sabah" klubunun müdafiəçisi Timoteuş Puxaç Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda Dortmund "Borussiya"sına 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra böyük məyusluq yaşadığını etiraf edib.

İdman.Biz Polşanın Kanał Sportowy nəşrinə istinadən xəbər verir ki, Polşa millisinin futbolçusu Azərbaycan təmsilçisinin Almaniya nəhəngindən xal ala biləcəyini düşünür.

"Qalib gəldiyimiz "Slaviya" ilə oyun mənə daha çox sevinc bəxş etmişdi. Dünən isə içimdə bir boşluq hiss edirdim. Çünki həmin gün heç-heçə edə biləcəyimizi anlayırdım", – deyə Puxaç bildirib.

Müdafiəçi bununla yanaşı, "Borussiya" futbolçularının yüksək fərdi ustalığını da xüsusi vurğulayıb. Onun sözlərinə görə, Almaniya klubu daha çox qol vəziyyəti yaradıb və yəqin ki, qələbəyə layiq olub. Lakin hesab 1:2 olarkən "Sabah"ın bərabərlik qolunu vurmaq üçün yüzfaizlik imkanı yaranıb və komanda bundan istifadə edə bilməyib.

Maraqlıdır ki, Puxaç özü qarşılaşmanın diqqətçəkən oyunçularından biri olub. 39-cu dəqiqədə onun cərimə zərbəsindən dəqiq ötürməsini Eyden Makkarti başla tamamlayaraq Qreqor Kobelin qoruduğu qapıya yol tapıb. Bu, polşalı müdafiəçinin Çempionlar Liqasının əsas mərhələsində ilk məhsuldar ötürməsi olub.

Şəxsi uğuruna baxmayaraq, futbolçu komandanın nəticələrinin onun üçün fərdi göstəricilərdən daha vacib olduğunu vurğulayıb.

Xatırladaq ki, oktyabrın 13-də "Sabah" Praqa "Slaviya"sını 2:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb.

Polşa nəşri həmçinin qeyd edir ki, cari mövsüm Puxaçın karyerasının ən uğurlu dövrü ola bilər. Müdafiəçi Çempionlar Liqasında debüt edib, uzun fasilədən sonra Polşa millisinə qayıdıb və artıq "Sabah"ın heyətində bütün turnirlər üzrə yeddi məhsuldar ötürmə verib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 22:09

“Barselona” “PSJ”dən UEFA-ya şikayət etdi: mişarlı və “qətliam” yazılı pankart qalmaqal yaratdı

Digər
Bu gün, 22:01

Plyuşenko Azərbaycana köçməklə bağlı qərarını açıqladı

Digər
Bu gün, 21:56

"Fənərbaxça"da ciddi itkilər

Futbol
Bu gün, 21:54

Betisin yarımmüdafiəçisi Fakundo Bernal iki dəfə başla zərbə vurduğu üçün dörd oyunluq diskvalifikasiya edildi

Digər
Bu gün, 21:43

Beynəlxalq federasiya altı Azərbaycan güləşçisini dünya çempionatının medal iddiaçıları arasında göstərdi

Digər
Bu gün, 21:34

İngiltərə “Mançester Yunayted” və “Liverpul”un istedadlarını Bakıya gətirir

Digər
Bu gün, 21:24

Azərbaycanlı alpinist: “İllərdir yerimizdə sayırıq” - faciələr, xilasetmə əməliyyatları və dağ idmanının problemləri

Voleybol
Bu gün, 21:17

Xorvatiyada “Turan”ın qalibiyyəti şərh edildi: “Evdə daha yaxşı oynayacağıq”

Futbol
Bu gün, 21:11

Zirə dörd futbolçusunu itirəcək – Sumqayıta qarşılaşma buraxılacaq

Futbol
Bu gün, 21:05

Filip İvanoviç: "Sabah"ın uğurları təsadüfi deyil, illər boyu qurulan sistem nəticəsidir

Voleybol
Bu gün, 20:56

Azərbaycan və Gürcüstan voleybol federasiyaları Tovuzda əməkdaşlığın genişləndirilməsini müzakirə etdilər

Digər
Bu gün, 20:27

Trent sabiq klubuna qayıda bilər

Digər
Bu gün, 20:24

“Şəki” 5:0 hesablı məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırdı

Digər
Bu gün, 20:17

Toni Kroos tarixin ən yaxşı beş yarımmüdafiəçisini seçdi

Futbol
Bu gün, 20:04

Barselona futbolçusu Dani Olmo zədəsini təsdiq etdi – El Klasiqoda iştirak etməyəcək

Futbol
Bu gün, 19:58

Bavariya kapitanı, atasının vəfatından dolayı Arsenal matçı buraxacaq

Futbol
Bu gün, 19:51

Gürcüstan futbolunun tanınmış məşqçisi Giorgi Nemsadze 54 yaşında vəfat edib

Digər
Bu gün, 19:36

Kurtua “Qızıl top” uğrunda mübarizədə Mbappeni Yamaldan üstün tutdu

Digər
Bu gün, 19:23

Dortmund “Borussiya”sından Azərbaycana ana dilimizdə təşəkkür - VİDEO

Digər
Bu gün, 19:20

"Kəpəz" "Şəfa" ilə oyuna itkisiz hazırlaşır

Digər
Bu gün, 19:17

Kriştianu Ronaldu ağır zədə alan Kvaratsxeliyaya dəstək verdi - FOTO

Digər
Bu gün, 19:08

“Fənərbağça”da ciddi itkilər: Asensio üç ay, Ake üç həftə oynamayacaq

Futbol
Bu gün, 19:04

Gürcüstan millisinin və Trabzusporun sabiq futbolçusu Giorgi Nemsadze 54 yaşında vəfat edib

Oxşar xəbərlər