top
Premyer Liqasında Tottenhemin məğlubiyyəti, Aston Villa və Sanderlendin qələbələri - YENİLƏNİB + VİDEO Idman.biz
22 mart 2026, 20:27
- ↺ +

Premyer Liqasında "Tottenhem"in məğlubiyyəti, "Aston Villa" və "Sanderlend"in qələbələri - YENİLƏNİB + VİDEO

İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində keçirilən "Tottenhem" - "Nottinqem Forest" qarşılaşması gözlənilməz nəticə ilə başa çatıb. "Tottenhem" uğursuzluq zolağından çıxa bilməyərək bu görüşü də uduzub - 0:3.

İdman.Biz xəbər verir ki, "Nottinqem Forest" fasiləyə bir qədər qalmış, 45-ci dəqiqədə İqor Jexusun qolu ilə önə keçib. İkinci hissədə də təzyiqi davam etdirən qonaqlar 62-ci dəqiqədə Morqan Gibbs-Uaytın sayəsində fərqi artırıblar. Oyunun son nöqtəsini isə 87-ci dəqiqədə Tayvo Avoniyi qoyub.

Bu ağır məğlubiyyətdən sonra 30 xalı olan "Tottenhem" turnir cədvəlində 17-ci pilləyə qədər enərək təhlükəli zonanın bir addımlığına düşüb. "Nottinqem Forest" isə bu qələbə sayəsində xallarını 32-yə çatdıraraq 16-cı yerə yüksəlib və rəqibini geridə qoyub.

Növbəti turda "Tottenhem" aprelin 12-də səfərdə "Sanderlend"in qonağı olacaq. "Nottinqem Forest" isə həmin gün doğma meydanda "Aston Villa"nı qəbul edəcək.

20:20

İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində keçirilən "Aston Villa" - "Vest Hem Yunayted" qarşılaşması meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, "Aston Villa" oyuna sürətli başlayıb və artıq 15-ci dəqiqədə Con Maqqin hesabı açıb. "Vest Hem" bərabərlik qolu üçün çalışsa da, 68-ci dəqiqədə Olli Uotkins komandasının ikinci qolunu vuraraq matçda son nöqtəni qoyub.

Bu qələbədən sonra "Aston Villa" 54 xalla turnir cədvəlinin dördüncü pilləsindəki mövqeyini qoruyub. "Vest Hem Yunayted" isə 29 xalla 18-ci yerə geriləyərək rəsmən düşmə zonasına daxil olub.

Növbəti turda "Aston Villa" aprelin 12-də səfərdə "Nottinqem Forest"lə qarşılaşacaq. "Vest Hem" isə iki gün əvvəl, aprelin 10-da "Vulverhempton"u qəbul edəcək.

18:12

İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində keçirilən və bütün ölkənin maraqla gözlədiyi ən qədim və gərgin derbilərdən biri - Tayn-Uir derbisi "Sanderlend"in möhtəşəm qələbəsi ilə başa çatıb. "Sent-Ceyms Park"da baş tutan qarşılaşmada "Nyukasl Yunayted" 90-cı dəqiqədə vurulan qolla məğlub olub.

İdman.Biz xəbər verir ki, Antoni Teylorun idarə etdiyi oyun "sağsağanlar" üçün uğurlu başlayıb. Artıq 10-cu dəqiqədə Entoni Qordon "Nyukasl Yunayted"in önə keçirib. Lakin ikinci hissədə təşəbbüsü ələ alan "Sanderlend" 57-ci dəqiqədə Şemsdin Talbinin vurduğu qolla tarazlığı bərpa edib. Matçın son dəqiqəsində isə Brayan Brobbi səhnəyə çıxaraq "Nyukasl" azarkeşlərini şoka salan qalibiyyət qoluna imza atıb.

Bu nəticədən sonra "Sanderlend" xallarının sayını 43-ə çatdıraraq turnir cədvəlində 11-ci pilləyə yüksəlib və əzəli rəqibi "Nyukasl"ı (42 xal, 12-ci yer) geridə qoyub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 02:30

"Hindistanlı Qukeş Dommaracu ilə Özbəkistanlı Cavohir Sindarovun dünya şahmat çempionluğu dördüncü partiyası heç-heçə ilə sona çatdı"

Futbol
Bu gün, 02:20

İnter Cenoa'yı 4:0 məğlub etdi

Futbol
Bu gün, 02:20

Paris Saint‑Germain 2-0 Lorye ilə qələbə qazandı

Futbol
Bu gün, 02:10

Palmeyras 1:0 ilə Libertadores Kubokunu qazanıb, 9 sarı vərəqə

Futbol
Bu gün, 02:07

Muslera "Estudiantes"in "Palmeiras"a məğlubiyyətindən sonra karyerasını başa vurdu

Minifutbol
Bu gün, 02:00

Millinin müdafiəçisi Rüfət Abbasov: Lixtenşteynlə oyunda çox qol vura bilmədik

Futbol
Bu gün, 01:55

"Real Madrid ev sahəsində Alaves‑ə 1:2 məğlub oldu"

Futbol
Bu gün, 01:40

"Argentinalı yarımmüdafiəçi Nikolas Pas hələ Reala qayıtmaq istəmir"

Futbol
Bu gün, 01:35

Simeone Atletico Madridin 3:2 qalibiyyətini şərh etdi

Futbol
Bu gün, 01:30

Manchester United 40 qol buraxdı, Avropanın beş aparıcı liqasında ən çox qol buraxan komanda

Şahmat
Bu gün, 00:58

Dommaracu Qukeş və Sindarovun dördüncü matçı heç-heçə ilə tamamlandı

Qarabağ FK
Bu gün, 00:40

"Şamaxı" – "Qəbələ" və "Qarabağ" – "Sumqayıt": Misli Premyer Liqasının XIII turunun son matçları

Futbol
Bu gün, 00:39

Makkartiyə Cənubi Afrika dəstəyi – "Sabah" futbolçularının qonaqları

Futbol
Bu gün, 00:31

Karlo Ançelotti "Milan" üçün əbədiləşəcək

Futbol
Bu gün, 00:24

Abdulla Sima Fransa Liqa 1‑də bir oyunda beş qol vuraraq son 12 ildə ilk bunu bacaran futbolçu oldu

Futbol
Bu gün, 00:20

"İbrahim Maza Bayern-in transfer siyahısında yeganə oyunçu deyil"

Futbol
Bu gün, 00:20

Luka Dancelo: Mezzotero çox yetkin futbolçudur

Futbol
Bu gün, 00:10

Mançester Yunayted 65 il ərzində ilk dəfə ardıcıllıqla üç oyununda dörd qol verdi

Futbol
Bu gün, 00:10

"Çelsi" Malo Qustonun yanvarda komandanı tərk etməsinə mane olmayacaq

Futbol
Bu gün, 00:00

"Brentford" 89 il sonra "Mançester Yunayted"i Old Trafford-da məğlub etdi

Futbol
Dünən, 23:55

"Bayern" "Hamburq"la 0:0 heç-heçəyə imza atdı

Futbol
Dünən, 23:53

"İnter" Bastoninin qış transferini istəmir – Klub müdafiəçini satmaq amacında deyil

Futbol
Dünən, 23:49

"FIFA sülh mükafatının ləğvi müzakirə olunur"

Futbol
Dünən, 23:48

Abdallah Sima 12 ildən sonra Fransa çempionatında bir oyunda beş qol vurdu

Oxşar xəbərlər