top
Premyer Liqasında həftənin oyunları: Tottenhem xal itirdi, Nyukasl məğlub oldu, Brentford və Fulhem heç-heçə etdi Idman.biz
18 aprel 2026, 22:50
- ↺ +

Premyer Liqasında həftənin oyunları: "Tottenhem" xal itirdi, "Nyukasl" məğlub oldu, "Brentford" və "Fulhem" heç-heçə etdi

İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində keçirilən görüşdə "Tottenhem" öz meydanında "Brayton"u qəbul edib. Gərgin keçən qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, meydan sahiblərinin heyətində Pedro Porro və Xavi Simons fərqlənsələr də, bu qollar qələbə üçün kifayət etməyib. Qonaqların heyətində isə Kaoru Mitoma və uzatma dəqiqələrində səhnəyə çıxan Jorjinyo Rütter rəqib qapısına yol tapıblar. Məhz Rütterin son dəqiqə qolu "Brayton"un səfərdən bir xalla dönməsini təmin edib.

Bu nəticədən sonra xallarının sayını 31-ə çatdıran "Tottenhem" turnir cədvəlinin 18-ci pilləsində qalıb. 47 xalı olan "Brayton" isə 9-cu sırada qərarlaşıb.

20:13

İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində keçirilən görüşdə "Nyukasl" doğma divarlar arasında "Bornmut"u qəbul edib. Gərgin keçən qarşılaşma meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, matçda hesabı 30-cu dəqiqədə qonaqlar açıblar. Rayanın ötürməsindən sonra Markus Tavernye dəqiq zərbə ilə "Bornmut"u önə çıxarıb. "Sağsağanlar" bu qola 68-ci dəqiqədə Uilyam Osula ilə cavab verərək tarazlığı bərpa ediblər. Lakin "Nyukasl" bərabərlik hesabını qoruya bilməyib. Oyunun sonuna yaxın, 85-ci dəqiqədə Edrien Trüffer fərqlənərək "Bornmut"un səfər qələbəsini rəsmiləşdirib.

Bu nəticədən sonra xallarının sayını 48-ə çatdıran "Bornmut" turnir cədvəlinin səkkizinci pilləsinə yüksəlib. Aktivində 42 xal olan "Nyukasl" isə 14-cü sırada qərarlaşıb.

Xatırladaq ki, komandalar arasında mövsümün ilk dövrəsində baş tutan görüşdə qapılara qol vurulmamışdı – 0:0.

Paralel keçən oyunda isə "Lids" ev oyununda "Vulverhempton"u 3:0 hesabı ilə məğlub edib.

Qələbəyə baxmayaraq "Lids" (15) turnir cədvəlindəki mövqeyini dəyişməyib. "Vulverhempton" da 20-ci pillədəki mövqeyindədir.

17:37

İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində keçirilən "Brentford" - "Fulhem" qarşılaşması qolsuz bərabərliklə yekunlaşıb.

Doğma meydanda rəqibini qəbul edən "Brentford" üstünlüyünü hesaba əks etdirə bilməyib və komandalar meydanı hərəyə bir xalla tərk ediblər.

İdman.Biz xəbər verir ki, bu heç-heçədən sonra xallarının sayını 48-ə çatdıran "Brentford" turnir cədvəlinin yeddinci pilləsindəki mövqeyini qoruyub. 45 xalı olan "Fulhem" isə 12-ci sırada qərarlaşıb.

Qeyd edək ki, tərəflər arasında ötən ilin sentyabrın 20-də baş tutan ilk dövrə oyununda "bağbanlar" 3:1 hesablı qələbə qazanmışdılar.
Növbəti turda "Brentford" aprelin 27-də "Old Trafford" stadionunda "Mançester Yunayted"in qonağı olacaq. "Fulhem" isə aprelin 25-də öz meydanında "Aston Villa"nı qəbul edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Bu gün, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Bu gün, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Bu gün, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Bu gün, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Bu gün, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Bu gün, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Bu gün, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Bu gün, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Bu gün, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Bu gün, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Bu gün, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Bu gün, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Futbol
Bu gün, 19:01

Maksimov: Zədələr və sadə qollar səbəbindən qələbə almırıq

Oxşar xəbərlər