top
Premyer Liqanın bombardirləri - ARAŞDIRMA İdman.biz
22 may 2024, 09:38
- ↺ +

Premyer Liqanın bombardirləri - ARAŞDIRMA

2023/2024-cü illər mövsümündə İngiltərə Premyer Liqasında 380 oyuna 1246 qol vurulub. Mövsüm ərzində 298 futbolçu rəqib qapısına yol tapıb.

İdman.biz mövsümün ən yaxşı qolçuları ilə bağlı statistikanı diqqətə çatdırır.

Son Premyer Liqa mövsümünün ən yaxşı bombardiri ötənilki qədər vurmasa da, yenə də "Mançester Siti"nin forvardı Erlinq Holand olub. Ötən il 36 qolla birinci olmuş forvard, bu dəfə mövqeyini keçirdiyi 31 oyunda vurduğu 27 qolla (hər oyuna orta – 0,87) qoruyub.

Cari mövsümün bombardirlər mübarizəsində "Çelsi" və "Mançester Siti" formasında 34 oyuna çıxmış Koul Palmer 22 qolla ikinci, 34 oyunda 21 dəfə fərqlənmiş Aleksander İsak ("Nyukasl") üçüncü olub.

19 qolla dördüncü olan Fil Foden də çempion "Mançester Siti"nin təmsilçisidir. Olli Uotkins ("Aston Villa", 19 qol), Dominik Solanke ("Bornmut", 19), Məhəmməd Salah ("Liverpul", 18), Son Xın Min ("Tottenhem", 17) də məhsuldar futbolçular sırasındadırlar. Carrod Bouen ("Vest Hem"), Jan-Filipp Mateta ("Kristal Pelas") və Bukayo Saka ("Arsenal") hərəyə 16 dəfə fərqləniblər.
Mövsümün "penaltilər kralı" 9 qolla Koul Palmerdir. Elinq Holand 7, Bukayo Saka 6 dəfə fərqlənib. Ən çox penalti qaçıran Məhəmməd Salahdır. Misirli futbolçu 7 səhdindən 2-sində uğursuz olub.

Çempionatın ikinci bombardiri Koul Palmer və dördüncüsü Fil Foden yarımmüdafiəçidirlər. Orta xətt futbolçularından Bukayo Saka üçüncü göstəriciyə malikdir.

Müdafiəçilərdən ən çox fərqlənən Kristian Romerodur ("Tottenhem") – 5 qol.

Premyer Liqada məhsuldar ötürmələrdə ən çox fərqlənən Olli Uotkinsdir ("Aston Villa") – 13 dəfə. Koul Palmer ("Çelsi"/"Mançester Siti") 11 dəfə assistentlik edib. 9 futbolçunun 10 assisti var. Ümumiyyətlə, mövsümdə 283 futbolçu qol assistentliyi edib.

Qol və məhsuldar ötürmələrin ümumi sayına görə Premyer Liqanın lideri Koul Palmerdir – 33. O, 22 qol vurub, 11 assistentlik edib. Elinq Holandla Olli Uotkinsdə bu göstərici 32-dir. "Mançester Siti"li 27 qoluna 5 məhsulda ötürmə əlavə edibsə, "Aston Villa"lı 19 qol, 13 ötürmənin müəllifidir.

Ümumilikdə Premyer Liqanın 365 futbolçusu komandasına qol və ya assistentliklə kömək edə bilib.

Vüqar Məmmədov
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:40

Almaniyalı milli futbolçu Niklas Zülənin: Karyeram boyunca gündə üç pivə içdiyim

Digər
Bu gün, 10:38

Usman Nurməhəmmədov və Merab Dvalişvili Əbu-Dabidə saxlanıldı

Futbol
Bu gün, 10:22

Murad Məmmədov: 7 il sonra Emreliyə verdiyi sözünü yerinə yetirdi, milli komandaya qatıldı

Futbol
Bu gün, 10:20

Arsenal Aleks Skottu Qazanmağa Cəhd Etdi

Futbol
Bu gün, 10:11

Kevin De Bruyne PSV-yə transfer ola bilər

Futbol
Bu gün, 10:09

Barselona, Kamp Nouda 1500 kvadratmetrli kolumbarium tikləyəcək

Futbol
Bu gün, 10:00

Polşalı klub 'Sabah'ın futbolçusuna təklif etdi, amma o qapını bağladı

Basketbol
Bu gün, 09:54

LANDAU Lions baş məşqçisi: “Qələbəyə yaxın idik, amma müdafiədə səhvlər bizi məğlub etdi”

Futbol
Bu gün, 09:40

Bavariya Oskar Pituşevski üçün 60M avro təkliflə yenidən maraq göstərdi

Futbol
Bu gün, 09:39

Kriştianu Ronaldo Portuqaliyalı ulduz serialda aktyor olacaq

Futbol
Bu gün, 09:27

İngiltərə vs Xorvatiya, Türkiyə vs Belçika: Millətlər Liqası beşinci turu

Futbol
Bu gün, 09:23

400 milyon avro itirildi: Avropanın ən pis idarə olunan futbol klubu elan edildi

Futbol
Bu gün, 09:20

Aston Villa, müdafiəçi İan Maatsenlə müqaviləni 2032-yə qədər uzatdı

Futbol
Bu gün, 09:08

Zidan Juventus’da məşqçilik arzusu

Basketbol
Bu gün, 09:01

FIBA Avropa Kubokunda ‘Gəncə’ bu gün ‘Esenler Erokspor’ ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Benfikanın 20 yaşlı argentinalı oyunçusuna 100 milyon avro dəyər qoyuldu

Futbol
Bu gün, 08:40

Valeryen İsmael 'Havr', Beşiktaş'ın keçmiş baş məşqçisini Fransa klubunun yeni məşqçisi olacaq

Futbol
Bu gün, 08:20

Fiorentina David de Xea ilə yollarını ayırmağı planlaşdırır

Futbol
Bu gün, 08:13

Pep Qvardiola ABŞ futbol millisinə rəhbərlik edə bilər

Futbol
Bu gün, 08:00

ABŞ Futbol Federasiyası Manchester United-dan 10 milyon dollar tələb edə bilər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Oxşar xəbərlər