Azərbaycan Premyer Liqasında 2025-2026-cı illər mövsümünün ofsayd statistikası açıqlanıb.
İdman.Biz xəbər verir ki, Peşəkar Futbol Liqasının məlumatına əsasən, hər oyuna orta hesabla ən çox ofsayda düşən futbolçu "Turan Tovuz"un hücumçusu İbrahima Vadji olub. O, mövsüm ərzində oyun başına orta hesabla 1,00 ofsaydla ilk pillədə qərarlaşıb.
İkinci sırada da "Turan Tovuz"un futbolçusu yer alıb. Joarlem Santos hər matçda orta hesabla 0,76 dəfə ofsayda düşüb.
İlk üçlüyü "Sabah"ın hücumçusu Coy Lens Mikels tamamlayıb. Onun göstəricisi 0,67 olub. "Şamaxı"dan Karim Rossi 0,59, "Kəpəz"dən Məqsəd İsayev isə 0,52 orta göstərici ilə ilk beşlikdə yer alıb.