top
Premyer Liqada həftənin oyunları: Arsenal liderliyə yüksəldi, Liverpul və Tottenhem də qələbə qazandı Idman.biz
25 aprel 2026, 22:45
- ↺ +

Premyer Liqada həftənin oyunları: "Arsenal" liderliyə yüksəldi, "Liverpul" və "Tottenhem" də qələbə qazandı

İngiltərə Premyerliqasının 34-cü turunda "Arsenal" futbol komandası "Nyukasl"ı qəbul edib. Londondakı "Emireyts" stadionunda keçirilən görüş "kanonirlər"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, oyunu baş hakim Samuel Barrott idarə edib. Matçda yeganə qolu doqquzuncu dəqiqədə Ebereçi Eze vurub.

Bu qələbədən sonra xallarının sayını 73-ə çatdıran "Arsenal" turnir cədvəlində birinci pillədə qərarlaşıb. 42 xalı olan "Nyukasl" isə 14-cü yerdədir.

Növbəti turda "Arsenal" mayın ikisində "Fulhem"i qəbul edəcək. "Nyukasl" isə həmin gün doğma meydanda "Brayton" ilə üz-üzə gələcək.

20:32

İngiltərə Premyerliqasının 34-cü turunda "Liverpul" komandası öz meydanında "Kristal Palas"ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, 35-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Aleksander İsaak hesabı açıb. İsveçli forvard ayağındakı qırıq səbəbindən üç aydan çox davam edən fasilədən sonra ilk qoluna imza atıb. 40-cı dəqiqədə mövsümün sonunda komandadan ayrılacaq Endryu Robertson hesabı 2:0-a çatdırıb.

Qonaqların yeganə qolunu 71-ci dəqiqədə Daniel Munyos vursa da, 90+6-cı dəqiqədə Florian Virts matçda son nöqtəni qoyub.

Bu qələbədən sonra xallarını 58-ə çatdıran "Liverpul" turnir cədvəlində dördüncü pilləyə yüksəlib. "Kristal Palas" isə 43 xalla 13-cü yerdə qərarlaşıb.

Paralel keçirilən digər görüşdə "Tottenhem" komandası səfərdə "Vulverhempton" ilə üz-üzə gəlib. Qarşılaşma londonluların 1:0 hesablı minimal qələbəsi ilə yekunlaşıb. 82-ci dəqiqədə Joau Palinyanın vurduğu qol qonaqlara vacib 3 xal qazandırıb.

Bu nəticə ilə "Tottenhem" 34 xalla 18-ci pillədəki təhlükəli zonada qalıb. "Vulverhempton" isə 17 xalla sonuncu pillədə qalıb və Premyerliqanı tərk etməsi artıq rəsmiləşib.

Digər görüşdə isə "Vest Hem" öz meydanında "Everton"u qəbul edib. Gərgin keçən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun ilk hissəsində tərəflər qapılara yol tapa bilməyiblər. İkinci hissəyə daha fəal başlayan "Vest Hem" 51-ci dəqiqədə hesabı açıb. Carrod Bouenin ötürməsini Tomaş Souçek qola çevirərək komandasını önə keçirib.

Qonaqlar matçın sonuna yaxın tarazlığı bərpa etməyi bacarıblar. 88-ci dəqiqədə Ceyms Tarkovskinin ötürməsindən sonra Kirnan Dyusberi-Holl topu tora daxil edib. Lakin meydan sahibləri qələbəni əldən verməyiblər. Qarşılaşmaya əlavə olunmuş dəqiqələrdə səhnəyə çıxan Kallum Uilson həlledici qolu vuraraq "Vest Hem"ə vacib üç xal qazandırıb.

Bu nəticədən sonra "Vest Hem" xallarının sayını 36-ya çatdıraraq turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. "Everton" isə 47 xalla 11-ci yerdədir.

17:35

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 34-cü turunda "Fulhem" və "Aston Villa" üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, matçda yeganə qol 43-cü dəqiqədə vurulub. "Fulhem"in müdafiəçisi Rayan Sesenyon fərqlənərək komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra "Fulhem" 48 xalla turnir cədvəlində 10-cu pilləyə yüksəlib. Eyni xala "Brentford" və "Çelsi" də sahibdir.

"Aston Villa" isə 58 xalla 4-cü yerdə qalır. Bir oyun az keçirən "Liverpul" isə bu komandadan 3 xal geri qalır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Qarabağ FK
Dünən, 22:15

Aleksey Kaşuk: Ukrayna Milli Komandanı çağırışı – həyatımın arzuladığı an

Qarabağ FK
Dünən, 22:06

Mourinyo Vinisiusa əzab etdi: Güclü futbolçuların da bad günü olur

Voleybol
Dünən, 21:56

Azərbaycan Qadın Voleybol Super Liqası 2026/2027 mövsümünün açılış matçları

Qarabağ FK
Dünən, 21:55

Bədavi, Qurbanlı və Şahruddin Məhəmmədəliyev Azərbaycan Milli Komandasına dəvət edildi

Qarabağ FK
Dünən, 21:55

Qarabağın 7 futbolçusu milli yığmalara çağırıldı

Olimpiada
Dünən, 21:43

Badmintonçu Ülvi Hüseynov: Heç Vaxt Heçnə İmkansız Değildir - Video

Boks
Dünən, 21:34

Azərbaycan kikboksçuları Avropa çempionatı üçün Şimali Makedoniyaya yola düşdü

Futbol
Dünən, 21:27

Cennaro Qattuzo oktyabr ayının İtaliya Seriyası ən yaxşı məşqçisi seçildi

Futbol
Dünən, 21:26

Manchester Unitedda Carlos Balebanın ciddi zədəsi

Futbol
Dünən, 20:57

Neftçi-2 Turan Tovuz-2'ı 4:1-dən məğlub etdi

Qarabağ FK
Dünən, 20:50

Qurban Qurbanov: “Yeni futbolçular artıq özlərinə gəlməyə başlayırlar”

Oxşar xəbərlər