top
Premyer Liqada Günün Oyunları: Mançester Yunaytedin qələbəsi, heç-heçələr və sürpriz məğlubiyyət Idman.biz
19 aprel 2026, 01:06
- ↺ +

Premyer Liqada Günün Oyunları: "Mançester Yunayted"in qələbəsi, heç-heçələr və sürpriz məğlubiyyət

İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində keçirilən qarşılaşmada "Çelsi" öz meydanında "Mançester Yunayted"i qəbul edib. Londonda baş tutan gərgin mübarizə qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, oyunun taleyini bir qol müəyyənləşdirib. Birinci hissənin sonlarında, 44-cü dəqiqədə Mateus Kunya dəqiq zərbə ilə rəqib qapısına yol taparaq "Mançester Yunayted"ə vacib üç xal qazandırıb. Meydan sahiblərinin tarazlığı bərpa etmək cəhdləri nəticəsiz qalıb.

Bu qələbədən sonra xallarının sayını 58-ə çatdıran mançesterlilər turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıblar. 48 xalı olan "Çelsi" isə altıncı sırada qalıb.

Növbəti turda "Çelsi" aprelin 21-də səfərdə "Brayton"la qarşılaşacaq. "Mançester Yunayted" isə aprelin 27-də doğma meydanda "Brentford"u sınağa çəkəcək.

22:50

İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində keçirilən görüşdə "Tottenhem" öz meydanında "Brayton"u qəbul edib. Gərgin keçən qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, meydan sahiblərinin heyətində Pedro Porro və Xavi Simons fərqlənsələr də, bu qollar qələbə üçün kifayət etməyib. Qonaqların heyətində isə Kaoru Mitoma və uzatma dəqiqələrində səhnəyə çıxan Jorjinyo Rütter rəqib qapısına yol tapıblar. Məhz Rütterin son dəqiqə qolu "Brayton"un səfərdən bir xalla dönməsini təmin edib.

Bu nəticədən sonra xallarının sayını 31-ə çatdıran "Tottenhem" turnir cədvəlinin 18-ci pilləsində qalıb. 47 xalı olan "Brayton" isə 9-cu sırada qərarlaşıb.

20:13

İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində keçirilən görüşdə "Nyukasl" doğma divarlar arasında "Bornmut"u qəbul edib. Gərgin keçən qarşılaşma meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, matçda hesabı 30-cu dəqiqədə qonaqlar açıblar. Rayanın ötürməsindən sonra Markus Tavernye dəqiq zərbə ilə "Bornmut"u önə çıxarıb. "Sağsağanlar" bu qola 68-ci dəqiqədə Uilyam Osula ilə cavab verərək tarazlığı bərpa ediblər. Lakin "Nyukasl" bərabərlik hesabını qoruya bilməyib. Oyunun sonuna yaxın, 85-ci dəqiqədə Edrien Trüffer fərqlənərək "Bornmut"un səfər qələbəsini rəsmiləşdirib.

Bu nəticədən sonra xallarının sayını 48-ə çatdıran "Bornmut" turnir cədvəlinin səkkizinci pilləsinə yüksəlib. Aktivində 42 xal olan "Nyukasl" isə 14-cü sırada qərarlaşıb.

Xatırladaq ki, komandalar arasında mövsümün ilk dövrəsində baş tutan görüşdə qapılara qol vurulmamışdı – 0:0.

Paralel keçən oyunda isə "Lids" ev oyununda "Vulverhempton"u 3:0 hesabı ilə məğlub edib.

Qələbəyə baxmayaraq "Lids" (15) turnir cədvəlindəki mövqeyini dəyişməyib. "Vulverhempton" da 20-ci pillədəki mövqeyindədir.

17:37

İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində keçirilən "Brentford" - "Fulhem" qarşılaşması qolsuz bərabərliklə yekunlaşıb.

Doğma meydanda rəqibini qəbul edən "Brentford" üstünlüyünü hesaba əks etdirə bilməyib və komandalar meydanı hərəyə bir xalla tərk ediblər.

İdman.Biz xəbər verir ki, bu heç-heçədən sonra xallarının sayını 48-ə çatdıran "Brentford" turnir cədvəlinin yeddinci pilləsindəki mövqeyini qoruyub. 45 xalı olan "Fulhem" isə 12-ci sırada qərarlaşıb.

Qeyd edək ki, tərəflər arasında ötən ilin sentyabrın 20-də baş tutan ilk dövrə oyununda "bağbanlar" 3:1 hesablı qələbə qazanmışdılar.
Növbəti turda "Brentford" aprelin 27-də "Old Trafford" stadionunda "Mançester Yunayted"in qonağı olacaq. "Fulhem" isə aprelin 25-də öz meydanında "Aston Villa"nı qəbul edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər