top
Premyer Liqada Çelsi və Mançester Siti məğlub oldu, Arsenal və Mançester Yunayted qələbə qazandı Idman.biz
24 may 2026, 21:48
- +

Premyer Liqada "Çelsi" və "Mançester Siti" məğlub oldu, "Arsenal" və "Mançester Yunayted" qələbə qazandı

İngiltərənin "Mançester Siti" futbol komandası Premyer Liqanın 2025/2026 mövsümünün 38-ci turunda "Aston Villa"ya 1:2 hesabı ilə məğlub olub.

İdman.Biz xəbər verir ki, qarşılaşma Mançesterdəki "Etihad" stadionunda keçirilib.

"Mançester Siti" 23-cü dəqiqədə hesabı açıb. Antuan Semenyo fərqlənərək "şəhərlilər"i önə keçirib.

İkinci hissədə "Aston Villa" dönüş edə bilib. 47-ci dəqiqədə Olli Uotkins tarazlığı bərpa edib. 63-cü dəqiqədə isə ingiltərəli hücumçu dublunu rəsmiləşdirərək Birmingem təmsilçisinə qələbə qazandırıb.

Bu matç "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın rəhbərliyi altında son oyunu kimi yadda qalıb.

Mövsümün yekununda "Mançester Siti" 78 xalla ikinci yeri tutub. "Aston Villa" isə 65 xal toplayaraq dördüncü pillədə qərarlaşıb.

21:38

Futbol üzrə İngiltərə Premyer Liqasının 38-ci turunda "Liverpul" doğma meydanda "Brentford"la 1:1 hesablı heç-heçə edib.

İdman.Biz xəbər verir ki, görüş Liverpuldakı "Enfild" stadionunda keçirilib. Qarşılaşmanın baş hakimi Darren İnqlend olub.

Mersisayd təmsilçisi 58-ci dəqiqədə hesabı açıb. Körtis Cons fərqlənərək "Liverpul"u önə keçirib. Lakin 64-cü dəqiqədə Kevin Şade qonaqların cavab qolunu vurub və matçda yekun hesabı müəyyənləşdirib - 1:1.

Bu nəticədən sonra "Liverpul" mövsümü 38 oyuna 60 xalla beşinci pillədə başa vurub. "Brentford" isə 53 xalla doqquzuncu yeri tutub.

21:26

Futbol üzrə İngiltərə Premyer Liqasının 38-ci turunda "Mançester Yunayted" səfərdə "Brayton"a 3:0 hesabı ilə qalib gəlib.

İdman.Biz xəbər verir ki, "Mançester Yunayted" hesabı 33-cü dəqiqədə açıb. Patrik Dorqu Bruno Fernandesin ötürməsindən sonra fərqlənib. 44-cü dəqiqədə Brayan Mbemo komandasının ikinci qolunu vurub. 48-ci dəqiqədə isə Fernandes yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra "Mançester Yunayted" mövsümü 71 xalla üçüncü pillədə başa vurub. "Brayton" isə 53 xalla səkkizinci sırada qərarlaşıb.

Qeyd edək ki, Bruno Fernandes bu oyunda Premyer Liqa tarixində yeni rekorda da imza atıb. Portuqaliyalı yarımmüdafiəçi mövsümdə 21-ci məhsuldar ötürməsini edərək Tyerri Anri və Kevin de Bröynenin 20 assistlik göstəricisini geridə qoyub.

21:20

İngiltərənin "Çelsi" futbol komandası Premyer Liqanın 38-ci turunda "Sanderlend"ə 1:2 hesabı ilə məğlub olub.

İdman.Biz xəbər verir ki, görüş "Sanderlend"dəki "Stadium of Light" arenasında keçirilib.

Meydan sahibləri 25-ci dəqiqədə hesabı açıblar. Tray Hyum "Sanderlend"i önə keçirib. 50-ci dəqiqədə Malo Qustonun avtoqolu meydan sahiblərinin üstünlüyünü artırıb. "Çelsi"nin yeganə qolunu 56-cı dəqiqədə Koul Palmer vurub. 62-ci dəqiqədə isə Uesli Fofana ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra "Sanderlend" mövsümü 54 xalla yeddinci pillədə başa vurub. "Çelsi" isə 52 xalla 10-cu sırada qərarlaşıb və növbəti mövsüm avrokuboklarda iştirak hüququ qazana bilməyib.

Qeyd edək ki, Premyer Liqada son tur ərəfəsində yeddinci və səkkizinci yerlər müvafiq olaraq Avropa Liqası və Konfrans Liqasına vəsiqə verirdi. "Çelsi" məğlubiyyət səbəbindən bu şansı əldən verib.

21:15

İngiltərənin "Tottenhem" futbol komandası Premyer Liqanın 2025/2026 mövsümünün son turunda "Everton"u 1:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, 38-ci turun görüşü Londondakı "Tottenhem Hotspur" stadionunda keçirilib. Matçın taleyini bir qol həll edib. 43-cü dəqiqədə Joao Palinya fərqlənərək meydan sahiblərinə vacib qələbə qazandırıb.

Bu nəticə "Tottenhem" üçün Premyer Liqada qalmaq baxımından həlledici olub. London klubu mövsümü 38 oyuna 41 xalla 17-ci pillədə başa vurub və təhlükəli zonadan iki xal yuxarıda qərarlaşıb.

"Everton" isə mövsümü 49 xalla 13-cü sırada tamamlayıb.

21:10

Futbol üzrə İngiltərə Premyer Liqasının sonuncu - 38-ci turunda "Arsenal" səfərdə "Kristal Palas"a 2:1 hesabı ilə qalib gəlib.

İdman.Biz xəbər verir ki, görüş Londondakı "Selhurst Park" stadionunda keçirilib. Matçın baş hakimi Faray Hallam olub.

"Arsenal"ın ilk qolunu 42-ci dəqiqədə Qabriel Jezus vurub. 48-ci dəqiqədə Noni Madueke fərqi iki topa çatdırıb. Meydan sahiblərinin yeganə qoluna isə 88-ci dəqiqədə Jan-Filipp Mateta imza atıb.

Bu nəticədən sonra "Arsenal" mövsümü 38 oyuna 85 xalla birinci pillədə başa vurub. "Kristal Palas" isə 45 xalla 15-ci yeri tutub.

Qeyd edək ki, "Arsenal" İngiltərə Premyer Liqasında çempionluğu vaxtından əvvəl təmin edib. London təmsilçisi 22 illik fasilədən sonra ölkə çempionu olub.

Paralel keçən "Börnli" - "Vulverhempton""Nottingem Forest" - "Bornmut" oyununda qalib müəyyənləşməyib. Hər iki oyun 1:1 hesabı ilə bitib.

"Fulhem" - "Nyukasl" oyununda ev sahibləri 2:0 hesablı qalibiyyətə seviniblər.

"Vest Hem" - "Lids Yunayted" oyununda isə qonaqlar 3:0 hesablı məğlubiyyətlə barışmalı olublar.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:16

Azərbaycanlı strimer Anar Abdullayev Transfermarkt-da ən populyar futbolçu oldu

Futbol
Bu gün, 01:50

"Napoli" Benua Badiaşili heyətinə cəlb etməyə çalışır

Boks
Bu gün, 01:11

İdi Aminin nəvəsi Şotlandiyada boksda qızıl medal qazanmaq istəyir

Güləş
Bu gün, 00:58

Ermənistan millisinin məşqçisi Bakıda keçirilən güləş çempionatının təşkilatını yüksək qiymətləndirdi

Futbol
Bu gün, 00:51

Roberto Mançininin İtaliya millisinə qayıdışını Sesk Fabreqas müsbət qiymətləndirib

Futbol
Bu gün, 00:32

Zidanın baş məşqçi təyinatını prezident yeni dövrün başlanğıcı adlandırdı

Futbol
Bu gün, 00:13

Botafoqo Luis Enrikeni yenidən heyətinə qatmaq istəyir

Futbol
Dünən, 23:33

İpsviç Premyer Liqada ən uzunboylu futbolçunu transfer edib

Şahmat
Dünən, 23:23

Dünya şahmat çempionluğu uğrunda keçiriləcək matçın ev sahibi Cenevrə olacaq

Futbol
Dünən, 23:18

Mbappe Zidanın Fransa millisinə baş çəkib

Futbol
Dünən, 23:03

Almaniya 2038 və ya 2042-ci il futbol dünya çempionatına ev sahibliyi etməyə namizəddir

Qarabağ FK
Dünən, 23:00

Qarabağ Avropa Liqası hazırlığında

Futbol
Dünən, 22:48

Azərbaycan klubları avrokuboklarda 70-ci səfər qələbəsini qazandı

Futbol
Dünən, 22:33

Real Madrid Leqanesi 4:1 hesabi ile darmadağın etdi

Futbol
Dünən, 22:28

Sabahın UEFA Çempionlar Liqasındakı qələbəsinin Azərbaycanın reytinginə təsiri

Futbol
Dünən, 22:19

Mark Kukurelya Luis de la Fuentenin tatuajını qoluna etdirib

Basketbol
Dünən, 22:04

“Gəncə” basketbol klubuna yeni baş məşqçi təyin edilib

Futbol
Dünən, 21:42

"İmişli" və "Karvan-Yevlax" 1:1 hesablı heç-heçə ediblər

Futbol
Dünən, 21:30

"Real Madrid" tarixi rekord müəyyən edib

Futbol
Dünən, 21:12

"Real"in gəliri tarixdə ən yüksək səviyyəyə çatıb

Futbol
Dünən, 20:49

FIFA prezidenti İnfantino dünya çempionatının kommersiya hüquqlarını satmağı planlaşdırır

Boks
Dünən, 20:31

Con Cons Dana Uaytı “axmaq” adlandırdı

Futbol
Dünən, 20:27

Fred "Fənərbaxçanı" tərk edəcək

Digər
Dünən, 19:58

Parataekvondo millimiz Göygöldə təlim-məşq toplanışına başlayıb

Oxşar xəbərlər