top
Premyer Liqa: Tottenhemin səfər qələbəsi, Mançester Yunaytedin Liverpul üzərində qələbəsi və digər oyunlar - YENİLƏNİB + VİDEO Idman.biz
04 may 2026, 00:02
- ↺ +

Premyer Liqa: "Tottenhem"in səfər qələbəsi, "Mançester Yunayted"in "Liverpul" üzərində qələbəsi və digər oyunlar - YENİLƏNİB + VİDEO

İngiltərə Premyerliqasında 35-ci turun oyunları keçirilir. Turun növbəti matçında "Aston Villa" öz meydanında Londonun "Tottenhem" futbol komandasını qəbul edib. Birminhemdə baş tutan qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, londonlular matça sürətli başlayaraq erkən qol vurublar. Görüşün 12-ci dəqiqəsində Konor Qallager hesabı açaraq komandasını önə keçirib. "Tottenhem" 25-ci dəqiqədə üstünlüyünü artırmağa nail olub. Bu dəfə Rişarlison rəqib qapısına yol taparaq hesabı 2:0 edib. Meydan sahibləri bu qollardan yalnız birinin əvəzini oyunun son saniyələrində çıxa biliblər. 90+6-cı dəqiqədə Emiliano Buendia fərqi minimuma endirsə də, bu, "villa"lıları məğlubiyyətdən xilas etmək üçün kifayət etməyib.

Bu qələbədən sonra xallarını 37-yə çatdıran "Tottenhem" turnir cədvəlində 17-ci pilləyə yüksələrək düşmə zonasından uzaqlaşıb. 58 xalı olan "Aston Villa" isə beşinci yerdə qərarlaşıb.

20:42

İngiltərə Premyerliqasının 35-ci turu çərçivəsində keçirilən mərkəzi qarşılaşmada "Mançester Yunayted" öz meydanında "Liverpul"u qəbul edib. "Old Trafford" stadionunda baş tutan və gərgin keçən mübarizə meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçın altıncı dəqiqəsində Mateus Kunya hesabı açaraq mankunianlıları önə çıxarıb. 14-cü dəqiqədə isə Benyamin Şeşko meydan sahiblərinin ikinci qoluna imza atıb. İkinci hissənin əvvəlində qonaqlar geri dönüş etməyi bacarıblar. 47-ci dəqiqədə Dominik Soboslai fərqi azaldıb, 56-cı dəqiqədə isə Kodi Qakpo hesabı bərabərləşdirib. Lakin matçın 77-ci dəqiqəsində Kobbi Maynu "Mançester Yunayted"in qələbə qolunu rəqib qapısından keçirib.

Bu qələbədən sonra xallarının sayını 64-ə çatdıran mankunianlılar turnir cədvəlində üçüncü pillədə qərarlaşıblar. Aktivində 58 xalı olan mersisaydlılar isə dördüncü yerdədirlər. Növbəti turda, 9 may tarixində "Mançester Yunayted" səfərdə "Sanderlend" ilə qarşılaşacaq. "Liverpul" isə həmin gün doğma meydanda "Çelsi"ni qəbul edəcək.

19:00

İngiltərə Premyerliqasının 35-ci turu çərçivəsində "Bornmut" öz meydanında "Kristal Palas"ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə keçib və onlar üç xal qazanmağı bacarıblar.

İdman.Biz xəbər verir ki, "Bornmut" matçın onuncu dəqiqəsində hesabı açıb. Bu epizodda rəqib oyunçu Hefferson Lermanın avtoqolu meydan sahiblərinə üstünlük qazandırıb. 32-ci dəqiqədə isə Eli Krupi fərqlənərək komandasının ikinci qoluna imza atıb. Görüşün yekun nəticəsini 77-ci dəqiqədə Devid Bruksun ötürməsindən sonra topu şəbəkəyə göndərən Rayan müəyyənləşdirib.

Qeyd edək ki, bu qələbədən sonra 52 xal toplayan "Bornmut" İngiltərə çempionatında altıncı pilləyə qalxıb. Hesabında 43 xal olan "Kristal Palas" isə 14-cü yerdə qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:20

Bayern'in idman direktoru Olise ilə Real arasındakı danışıqların olmadığını açıqladı

Futbol
Bu gün, 15:20

Barselona, Vilyarreal məhkəməsində qırmızı kart üçün şikayət edəcək

Futbol
Bu gün, 15:12

“İstənilən dövrdə “Barselona” ilə oynamaq çox çətindir” - Vəli Qasımovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Futbol
Bu gün, 15:08

“Trabzonspor” Riçarlison üçün hərəkətə keçdi – “Tottenhem”in istədiyi məbləğ açıqlandı

Futbol
Bu gün, 15:00

FİFA geniş tənqidlərdən sonra bu ideyadan imtina etdi

Minifutbol
Bu gün, 15:00

“Komandanı tam yeniləmişik, uzunmüddətli planın təməlini qoymuşuq”

Futbol
Bu gün, 15:00

Alonso ilə bağlı qərar verildi

Futbol
Bu gün, 14:57

Çində Ronaldonun muzeyinin filialı açıldı

Formula 1
Bu gün, 14:57

Ferrari komandasında Hamilton və Lekler arasında gərginlik artır

Futbol
Bu gün, 14:50

“Milan” "Real"ın futbolçusu Endrik üçün rəsmi təklif göndərib

Futbol
Bu gün, 14:50

“Sabah” – “Barselona” oyununa görə rejim dəyişdi

Futbol
Bu gün, 14:48

“Barselona” və “Sabah”ın sabiq futbolçusu: “İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar” - MÜSAHİBƏ + FOTO

Futbol
Bu gün, 14:41

Asim Xudiyevə UEFA Gənclər Liqasının oyununda hakim‑inspektor təyinatı

Futbol
Bu gün, 14:41

“Sabah”ın futbolçusu: “Kunde və Rafinya ilə danışmaq istərdim” - VİDEO

Futbol
Bu gün, 14:40

İtaliyada həvəskar futbol matçı bıçaqla hədə-qorxu səbəbindən dayandırıldı

Futbol
Bu gün, 14:40

“Benfika”nın futbolçusu PSJ-yə “yox” dedi

Futbol
Bu gün, 14:35

APL Fantasy-də 12-ci turun qalibi müəyyənləşib

Futbol
Bu gün, 14:30

Bayernin baş direktoru Musialanın bərpası üçün zaman vermələri gerektiğini bildirib

Futbol
Bu gün, 14:27

“Sabah”ın Barselona ilə qarşılaşması üçün Bakı metrosunun iş saatı uzadılacaq

Futbol
Bu gün, 14:20

“Real”da yeni müqavilə hazırlığı

Futbol
Bu gün, 14:18

“Soyadım yazılmış “Levski” forması mənim üçün sürpriz oldu” - Boris Xetaqurovun İDMAN.BİZ-Ə MÜSAHİBƏSİ - FOTO

Futbol
Bu gün, 14:14

1-ci liqada həftənin hakimləri məlum oldu

Futbol
Bu gün, 14:10

Vəli Qasımov: Yamalın gəlməməsi çox pis oldu - MÜSAHİBƏ

Şahmat
Bu gün, 14:07

“Babam çempion olmağımı arzulayırdı, görə bilmədi” - Avropanı fəth edən Nərminlə MÜSAHİBƏ

Oxşar xəbərlər