top
Premyer Liqa: Sanderlend Tottenhemi məğlub etdi, Kristal Palas Nyukasl üzərində qələbə qazandı, Nottingem Forest və Aston Villa heç-heçə etdi Idman.biz
12 aprel 2026, 19:33
- ↺ +

Premyer Liqa: "Sanderlend" "Tottenhem"i məğlub etdi, "Kristal Palas" "Nyukasl" üzərində qələbə qazandı, "Nottingem Forest" və "Aston Villa" heç-heçə etdi

İngiltərə Premyerliqasının 32-ci turu çərçivəsində "Sanderlend" və "Tottenhem" komandaları üz-üzə gəliblər. "Sanderlend"dəki "Stedium of Layt" stadionunda keçirilən və Robert Consun idarə etdiyi qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçın yeganə qolunu 61-ci dəqiqədə Nordi Mukiele vurub.

Bu nəticədən sonra xallarının sayını 46-ya çatdıran "Sanderlend" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. 30 xalı olan "Tottenhem" isə 18-ci sıradadır.

Növbəti turda "qara pişiklər" aprelin 19-da səfərdə "Aston Villa" ilə, "mahmızlar" isə aprelin 18-də doğma meydanda "Brayton"la qarşılaşacaqlar.

"Kristal Palas" isə öz meydanında "Nyukasl"ı qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı geridönüşü ilə yekunlaşıb.

Qonaqlar 43-cü dəqiqədə Uilyam Osulanın qolu ilə önə keçsələr də, üstünlüklərini qoruya bilməyiblər. "Kristal Palas"ın hücumçusu Jan-Filipp Mateta 80-ci dəqiqədə tarazlığı bərpa edib, 90+4-cü dəqiqədə isə dublunu rəsmiləşdirərək komandasına üç xal qazandırıb.

Bu oyundan sonra hər iki komandanın aktivində 42 xal var. "Kristal Palas" 13-cü, "Nyukasl" isə 14-cü pillədə yer alıb.

Növbəti turda "qartallar" aprelin 20-də "Vest Hem"i qəbul edəcək, "sağsağanlar" isə aprelin 18-də evdə "Bornmut"u sınağa çəkəcəklər.

Paralel keçən "Nottingem Forest" - "Aston Villa" matçında qalib müəyyənləşməyib.

Matçın 23-cü dəqiqəsində Murillonun avtoqolu qonaqları önə keçirib. Lakin "meşəbəyilər" 38-ci dəqiqədə Neko Uilyamsın vurduğu qolla bərabərliyi təmin ediblər.

Bu heç-heçədən sonra 33 xalı olan "Nottingem Forest" 16-cı pillədə qərarlaşıb. 55 xalla turnir cədvəlinin dördüncü sırasında olan "Aston Villa" isə Çempionlar Liqası zonasındakı yerini qoruyub.

Növbəti turda "Nottingem Forest" aprelin 19-da "Bernli"ni qəbul edəcək. Həmin gün "Aston Villa" isə doğma meydanda "Sanderlend"lə üz-üzə gələcəklər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Bu gün, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Futbol
Bu gün, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Bu gün, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Bu gün, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Oxşar xəbərlər