top
Premyer Liqa: Mançester Yunayted Liverpul üzərində 3:2 hesablı qələbə qazandı; Bornmut Kristal Palası məğlub etdi Idman.biz
03 may 2026, 20:42
- ↺ +

Premyer Liqa: "Mançester Yunayted" "Liverpul" üzərində 3:2 hesablı qələbə qazandı; "Bornmut" "Kristal Palas"ı məğlub etdi

İngiltərə Premyerliqasının 35-ci turu çərçivəsində keçirilən mərkəzi qarşılaşmada "Mançester Yunayted" öz meydanında "Liverpul"u qəbul edib. "Old Trafford" stadionunda baş tutan və gərgin keçən mübarizə meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçın altıncı dəqiqəsində Mateus Kunya hesabı açaraq mankunianlıları önə çıxarıb. 14-cü dəqiqədə isə Benyamin Şeşko meydan sahiblərinin ikinci qoluna imza atıb. İkinci hissənin əvvəlində qonaqlar geri dönüş etməyi bacarıblar. 47-ci dəqiqədə Dominik Soboslai fərqi azaldıb, 56-cı dəqiqədə isə Kodi Qakpo hesabı bərabərləşdirib. Lakin matçın 77-ci dəqiqəsində Kobbi Maynu "Mançester Yunayted"in qələbə qolunu rəqib qapısından keçirib.

Bu qələbədən sonra xallarının sayını 64-ə çatdıran mankunianlılar turnir cədvəlində üçüncü pillədə qərarlaşıblar. Aktivində 58 xalı olan mersisaydlılar isə dördüncü yerdədirlər. Növbəti turda, 9 may tarixində "Mançester Yunayted" səfərdə "Sanderlend" ilə qarşılaşacaq. "Liverpul" isə həmin gün doğma meydanda "Çelsi"ni qəbul edəcək.

19:00

İngiltərə Premyerliqasının 35-ci turu çərçivəsində "Bornmut" öz meydanında "Kristal Palas"ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə keçib və onlar üç xal qazanmağı bacarıblar.

İdman.Biz xəbər verir ki, "Bornmut" matçın onuncu dəqiqəsində hesabı açıb. Bu epizodda rəqib oyunçu Hefferson Lermanın avtoqolu meydan sahiblərinə üstünlük qazandırıb. 32-ci dəqiqədə isə Eli Krupi fərqlənərək komandasının ikinci qoluna imza atıb. Görüşün yekun nəticəsini 77-ci dəqiqədə Devid Bruksun ötürməsindən sonra topu şəbəkəyə göndərən Rayan müəyyənləşdirib.

Qeyd edək ki, bu qələbədən sonra 52 xal toplayan "Bornmut" İngiltərə çempionatında altıncı pilləyə qalxıb. Hesabında 43 xal olan "Kristal Palas" isə 14-cü yerdə qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 15:30

Mərakeş Seneqala qarşı CAS-la qanunsuz əlaqələr saxlamaq ittihamı irəli sürdü

Futbol
Bu gün, 15:30

Xankəndi vloqu – VİDEO

Futbol
Bu gün, 15:20

Vilyarrealın futbolçusu Natan Saliba "Sabah"la oyunu buraxacaq

Futbol
Bu gün, 15:20

Bayern'in idman direktoru Olise ilə Real arasındakı danışıqların olmadığını açıqladı

Futbol
Bu gün, 15:20

Barselona, Vilyarreal məhkəməsində qırmızı kart üçün şikayət edəcək

Futbol
Bu gün, 15:12

“İstənilən dövrdə “Barselona” ilə oynamaq çox çətindir” - Vəli Qasımovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Futbol
Bu gün, 15:08

“Trabzonspor” Riçarlison üçün hərəkətə keçdi – “Tottenhem”in istədiyi məbləğ açıqlandı

Futbol
Bu gün, 15:00

FİFA geniş tənqidlərdən sonra bu ideyadan imtina etdi

Minifutbol
Bu gün, 15:00

“Komandanı tam yeniləmişik, uzunmüddətli planın təməlini qoymuşuq”

Futbol
Bu gün, 15:00

Alonso ilə bağlı qərar verildi

Futbol
Bu gün, 14:57

Çində Ronaldonun muzeyinin filialı açıldı

Formula 1
Bu gün, 14:57

Ferrari komandasında Hamilton və Lekler arasında gərginlik artır

Futbol
Bu gün, 14:50

“Milan” "Real"ın futbolçusu Endrik üçün rəsmi təklif göndərib

Futbol
Bu gün, 14:50

“Sabah” – “Barselona” oyununa görə rejim dəyişdi

Futbol
Bu gün, 14:48

“Barselona” və “Sabah”ın sabiq futbolçusu: “İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar” - MÜSAHİBƏ + FOTO

Futbol
Bu gün, 14:41

Asim Xudiyevə UEFA Gənclər Liqasının oyununda hakim‑inspektor təyinatı

Futbol
Bu gün, 14:41

“Sabah”ın futbolçusu: “Kunde və Rafinya ilə danışmaq istərdim” - VİDEO

Futbol
Bu gün, 14:40

İtaliyada həvəskar futbol matçı bıçaqla hədə-qorxu səbəbindən dayandırıldı

Futbol
Bu gün, 14:40

“Benfika”nın futbolçusu PSJ-yə “yox” dedi

Futbol
Bu gün, 14:35

APL Fantasy-də 12-ci turun qalibi müəyyənləşib

Futbol
Bu gün, 14:30

Bayernin baş direktoru Musialanın bərpası üçün zaman vermələri gerektiğini bildirib

Futbol
Bu gün, 14:27

“Sabah”ın Barselona ilə qarşılaşması üçün Bakı metrosunun iş saatı uzadılacaq

Futbol
Bu gün, 14:20

“Real”da yeni müqavilə hazırlığı

Futbol
Bu gün, 14:18

“Soyadım yazılmış “Levski” forması mənim üçün sürpriz oldu” - Boris Xetaqurovun İDMAN.BİZ-Ə MÜSAHİBƏSİ - FOTO

Oxşar xəbərlər