top
Premyer Liqa: Mak Allisterin son dəqiqə qolu Liverpula qələbə gətirdi; Kristal Palas da Vulverhemptonu məğlub etdi Idman.biz
22 fevral 2026, 20:25
- +

Premyer Liqa: Mak Allisterin son dəqiqə qolu "Liverpul"a qələbə gətirdi; "Kristal Palas" da "Vulverhempton"u məğlub etdi

İngiltərə Premyer Liqasının 27-ci turu çərçivəsində "Nottingem Forest" doğma meydanda "Liverpul"u qəbul edib. Gərgin keçən qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, matçda dramatik anlar oyunun son dəqiqələrinə təsadüf edib. Qarşılaşmanın 89-cu dəqiqəsində "Liverpul"un yarımmüdafiəçisi Aleksi Mak Allister rəqib qapısına yol tapsa da, VAR sistemindəki yoxlanışdan sonra qol qayda pozuntusu səbəbindən ləğv edilib.

Buna baxmayaraq, mersisaydlılar mübarizəni sona qədər davam etdiriblər. Matçın 90+7-ci dəqiqəsində Mak Allister yenidən səhnəyə çıxaraq komandasına vacib qələbə qazandıran qola imza atıb.

Bu nəticədən sonra "Liverpul" 45 xalla turnir cədvəlinin altıncı pilləsində qalıb. Çətin günlər keçirən "Nottingem Forest" isə xallarının sayını 27-yə çatdıraraq 17-ci sırada qalıb.

Növbəti turda "Nottingem Forest" martın 1-də səfərdə "Brayton"un qonağı olacaq. "Qırmızılar" isə fevralın 28-də öz meydanında "Vest Hem"i qəbul edəcək.

20:10

İngiltərə Premyer Liqasının 27-ci turu çərçivəsində "Kristal Palas" "Vulverhempton"u qəbul edib.

İdman.Biz xəbər verir ki, matçın 61-ci dəqiqəsində qonaqların futbolçusu Ladislav Kreyçi ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Rəqibin azlıqda qalmasından istifadə edən ev sahibləri təzyiqi artırıblar. Qarşılaşmanın taleyini 90-cı dəqiqədə Evann Qessan həll edib. Onun vurduğu qol London təmsilçisinə vacib üç xal qazandırıb.

Bu qələbədən sonra xallarının sayını 35-ə çatdıran "Kristal Palas" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. 10 xalı olan "Vulverhempton" isə sonuncu yerdə qalmaqda davam edir.

Növbəti turda "Kristal Palas" martın 1-də səfərdə "Mançester Yunayted"lə qarşılaşacaq. "Canavarlar" isə fevralın 27-də "Aston Villa"nı qəbul edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər