top
Premyer Liqa: Liverpul - Tottenhem 1:1, Mançester Yunayted Aston Villanı məğlub etdi - YENİLƏNİB + VİDEO Idman.biz
15 mart 2026, 22:43
- ↺ +

Premyer Liqa: "Liverpul" - "Tottenhem" 1:1, "Mançester Yunayted" "Aston Villa"nı məğlub etdi - YENİLƏNİB + VİDEO

İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilən qarşılaşmada "Liverpul" doğma divarlar arasında "Tottenhem"i qəbul edib. "Enfild" stadionunda baş tutan gərgin mübarizə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, matça sürətli başlayan meydan sahibləri artıq 18-ci dəqiqədə Dominik Soboslainin vurduğu qolla hesabı açıblar. Qarşılaşmanın böyük hissəsində üstünlüyünü qoruyan "Liverpul" qələbəyə yaxın olsa da, oyunun son dəqiqələrində dramatik anlar yaşanıb. 90-cı dəqiqədə səhnəyə çıxan Rişarlison rəqib qapısına yol taparaq "mahmızlar"ı məğlubiyyətdən xilas edib.

Bu nəticədən sonra xallarının sayını 49-a çatdıran "Liverpul" turnir cədvəlində "Çelsi"ni (48 xal) geridə qoyaraq beşinci pilləyə yüksəlib. Bütün turnirlərdə ardıcıl altı məğlubiyyətdən sonra ilk xalını qazanan "Tottenhem" isə 30 xalla 16-cı yerdə qərarlaşıb.

20:06

İngiltərə Premyer Liqasının 30-cu turunda turnir cədvəlinin üst sıraları üçün həlledici əhəmiyyət kəsb edən matç baş tutub. "Mançester Yunayted" öz meydanında "Aston Villa"nı qəbul edib və 3:1 hesablı inamlı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, "Old Trafford" stadionunda keçirilən qarşılaşmada bütün qollar ikinci hissədə vurulub. 53-cü dəqiqədə Kazemiro hesabı açaraq meydan sahiblərini önə keçirib. Qonaqlar 64-cü dəqiqədə Ross Barklinin qolu ilə tarazlığı bərpa etsələr də, bu, xal qazanmaq üçün kifayət etməyib. 71-ci dəqiqədə Mateus Kunya, 81-ci dəqiqədə isə Benjamin Şeşko fərqlənərək matçda son nöqtəni qoyublar.

Bu qələbədən sonra xallarının sayını 54-ə çatdıran "Mançester Yunayted" turnir cədvəlində üçüncü pilləyə yüksəlib. 51 xalı olan "Aston Villa" isə dördüncü sırada qərarlaşıb.

Qeyd edək ki, növbəti turda "qırmızı şeytanlar" martın 20-də səfərdə "Bornmut"la qarşılaşacaq. Birmingem təmsilçisi isə martın 22-də "Vest Hem Yunayted"i qəbul edəcək.

Paralel keçən "Kristal Palas" - "Lids Yunayted" və "Nottinqem Forest" - "Fulhem" oyunlarında hesab açılmayıb. Bu nəticələrdən sonra "Kristal Palas" 39 xalla 14-cü, "Lids Yunayted" 32 xalla 15-ci, "Nottinqem Forest" 29 xalla 17-ci, "Fulhem" isə 41 xalla 11-cidir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 13:12

Rövşən Nəcəf: “Ölkəmiz FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırdır” - FOTO

Futbol
Bu gün, 13:00

Yusif İmanov: İmişli 1:0 Turan Tovuz'u məğlub etdi – hədəflərimiz var

Digər
Bu gün, 12:49

Pokatilov Çempionlar Liqasında TOP-3-də - FOTO

Futbol
Bu gün, 12:48

Ramos 40 yaşında, Xetafe klubunun La Ligayə qayıtma potensialı

Digər
Bu gün, 12:42

Altı həftəlik müalicə, fərdi məşqlər və dönüş: “Kəpəz”in kapitanı Verdaskanın son durumu - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

Digər
Bu gün, 12:40

Lionel Skaloni 2030-cu ilə qədər postunda qalacaq

Digər
Bu gün, 12:27

Batut gimnastikası və tamblinq üzrə ölkə birinciliyi keçirilib

Futbol
Bu gün, 12:00

Tovuzda "Turan" adının qaytarılması gözləniləndəyken Fənərbaxça ilə yoxlama oyununa böyük vəsait ayrılması

Futbol
Bu gün, 11:57

Pike “El-Klasiko” öncəsi 4:1 nəticə proqnozunu verdi

Futbol
Bu gün, 11:45

Marko Asensio: Zədəm üçün əməliyyat etdim, sağlamlığımı riskə atdım

Digər
Bu gün, 11:40

PSJ uzun müddətə sırandan çıxan Kvaratsxeliyaya yeni müqavilə təklif edəcək

Digər
Bu gün, 11:36

“Sumqayıt” “Zirə” ilə oyuna üç itki ilə çıxacaq - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

Futbol
Bu gün, 11:20

I Liqada 6-cı turun yekunu

Qarabağ FK
Bu gün, 11:00

Rus idman jurnalisti “Sabah”ı tərifləyib, “Qarabağ”ı da yadına saldı

Futbol
Bu gün, 10:56

Sabah U-19 məşqçisi Adino Mustedanaqiç: Borussia Dortmund qarşısında oyunundan məmnun

Qarabağ FK
Bu gün, 10:43

Sabahın futbolçusu Eyden Makkarti və Qarabağın keçmiş legioneri Dino Ndlovu eyni tarixi siyahıda

Digər
Bu gün, 10:40

Kral ailəsi Lionel Messini şam yeməyinə dəvət edib

Digər
Bu gün, 10:14

Faiq Hacıyev: “Turan Tovuz”dakı gələcəyimi düşünmədiyimi desəm, yalan olar” - MÜSAHİBƏ

Futbol
Bu gün, 10:00

Verdaska Kəpəzə Qayıdır – Futbolçunun Mesajı, Klub Susur

Futbol
Bu gün, 09:59

Almançı Lothar Matteus Bakı Olimpiya Stadionunu müdafiə etdi

Digər
Bu gün, 09:45

FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır

Digər
Bu gün, 09:42

Azərbaycan basketbolunda 10 milyon avroluq büdcə – Yunanıstanlı məşqçi “Sabah”dan danışdı

Digər
Bu gün, 09:40

Manuel Noyer ÇL-də oyun sayına görə Messi və Müllerlə çatdı

Digər
Bu gün, 09:38

Vinisius böhranı fonunda şans: Arda Güler “Real”da necə liderlərdən biri oldu

Oxşar xəbərlər