top
Playmakers Layihəsi Çərçivəsində Məşqçi-Müəllimlər Üçün Təlim-Seminar Keçirilib Sport24.az
05 oktyabr 2025, 18:30
- +

"Playmakers" Layihəsi Çərçivəsində Məşqçi-Müəllimlər Üçün Təlim-Seminar Keçirilib

AFFA Təhsil və Reabilitasiya Mərkəzində, UEFA və "Disney"in birgə təşəbbüsü, AFFA-nın təşkilatçılığı ilə həyata keçirilən "Playmakers" layihəsi çərçivəsində məşqçi-müəllimlər üçün təlim-seminar keçirilib. Sport24.az xəbər verir ki, tədbirin açılışını AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva ediblər.

 

Təlim prosesinə layihənin təlimatçıları Gülyana Özcan və Ofeliya Qafarova rəhbərlik ediblər.

 

Seminar iki hissədən ibarət olub – nəzəri və praktiki.

 

Nəzəri hissədə iştirakçılara layihənin məqsədləri, metodikası və məşq sessiyalarının tətbiqi qaydaları izah olunub.

 

Praktiki hissədə isə meydançada interaktiv fəaliyyətlər həyata keçirilib və iştirakçılar uşaqlarla iş zamanı tətbiq olunan "Playmakers" məşq modellərini əyani şəkildə sınaqdan keçiriblər.

 

Bakı və üç regionda olmaqla 25 mərkəzdə fəaliyyət göstərən "Playmakers" layihəsi 2028-ci ilə qədər davam edəcək. Layihənin reallaşmasında əsas məqsəd 5-8 yaşlı qız uşaqlarının futbola marağını artırmaq, sosial və psixoloji bacarıqlarını inkişaf etdirmək və erkən yaşdan sağlam həyat tərzinə təşviq etməkdir. Layihə 2022-ci ildən etibarən AFFA-nın təşkilatçılığı ilə uğurla icra olunur və bu müddət ərzində 6000-dən çox qız uşağı "Playmakers" proqramı vasitəsilə futbolla tanış olub.

 

"Playmakers" proqramı qadın futbolunun inkişafına, gender bərabərliyinin təşviqinə və gənc qızların idmana inteqrasiyasına mühüm sosial töhfə verir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər