Səmərqənd "Dinamo"su və Özbəkistan millisinin müdafiəçisi Cahongir Urozov Rusiya klubunun təklifini geri çevirib. Sport24.az xəbər verir ki, bu barədə futbolçunun agenti Şəhriyor Eşboyev Sports.kz-ya açıqlam verib:
"Bəli, Cahongir "Rubin"in maraq dairəsində idi. Dörd illik müqavilə təklif etdilər. Amma futbolçu Avropada oynamaq istəyir. Biz "Rubin" variantını rədd etdik, çünki Avropanın top-5 liqalarından konkret təkliflərimiz var".
Agent həmçinin əlavə edib ki, İtaliya, Almaniya, İngiltərə, Türkiyə və Niderland klubları 22 yaşlı müdafiəçi ilə maraqlanır.