top
Oyunun ən yaxşı oyunçusuna quzu hədiyyə etdilər - Video Qol.az
Bu gün, 15:44
- +

Oyunun ən yaxşı oyunçusuna quzu hədiyyə etdilər - Video

Norveç yüksək liqasında futbolçuya daha bir qeyri-adi mükafat verilib.

QOL.az xəbər verir ki, 3-cü turda "Bryüne" öz meydanında "Höqesunn"a 3:1 hesabı ilə qalib gəlib.

"Bryüne"nin ilk qolunu vuran Aksel Krüger matçın oyunçusu seçilib. 28 yaşlı müdafiəçiyə mükafat olaraq quzu hədiyyə edilib.

Bu qeyri-adi mükafatlar klubun təmsil olunduğu eyniadlı şəhərdə kənd təsərrüfatında ət və süd istehsalının üstünlük təşkil etdiyinə işarədir. Bryen şəhərinin təmsilçisi ötən ay ən yaxşı seçilən futbolçulara yumurta və süd də verib. Hətta azarkeşlərin oyuna stadiondakı traktordan baxması üçün satışda VIP biletlər olur.