"Karvan-Yevlax" transfer çalışmalarını davam etdirir. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi son olaraq "Mingəçevir" klubunda forma geyinən 33 yaşlı təcrübəli qapıçı Orxan Sadıqlı ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Orxan karyerası ərzində "Xəzər Lənkəran", "Kəpəz", "Sumqayıt" "Zirə" və "Şəmkir" komandalarının qapısını qoruyub.