"Omoniya"nın baş məşqçisi Bakıdakı oyunun nəticəsindən razı qalıb.
"Report"un məlumatına görə, bunu Kiprin "Omoniya" komandasının baş məşqçisi Henninq Berq "Araz-Naxçıvan"a dörd cavabsız qolla qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis dörd qol vurduqları üçün sevindiklərini söyləyib:
"Qapımızda top görmədik. Evdə növbəti matça çıxmalı və işimisi tamamlamalıyıq. Nəticədən razı qaldım".
O, ot örtüyünün keyfiyyətinin yaxşı olmadığını söyləyib:
"Burada oynamaq çətin idi. Lakin yaxşı qollar vurduq. Oyunçuların çıxışından razı qaldım".
Henninq Berq daha əvvəl avrokuboklarda "Qarabağ"la da qarşılaşdıqlarını xatırladıb:
"Qarabağ" həmin vaxt daha təcrübəli kollektiv idi. "Arax-Naxçıvan" isə yeni qurulan kolleltivdir. Bugünkü rəqibimiz əvvəlki mərhələdə çox yaxşı çıxış etmişdi. Biz bu nəticəni də asanlıqla əldə etmədik".
Qeyd edək ki, tərəflər arasındakı cavab görüşü avqustun 14-də olacaq.