UEFA Konfrans Liqasının pley-off mərhələsində "Sabah"ın potensial rəqibləri olan AZ (Alkmar, Niderland) və "Vaduts" (Lixtenşteyn) komandaları qarşılaşıblar.
"Report" xəbər verir ki, Alkmar şəhərindəki "Afas" stadionunda keçirilən oyunda meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, iki görüşün nəticəsinə əsasən qələbə qazanan tərəf "Sabah" - "Levski" (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.