top
Elmar Baxşıyev Araz-Naxçıvanın məğlubiyyətindən danışdı: Zəif oynadıq, qəbul etmək lazımdır Sport24.az
07 avqust 2025, 22:39
- ↺ +

Elmar Baxşıyev "Araz-Naxçıvan"ın məğlubiyyətindən danışdı: "Zəif oynadıq, qəbul etmək lazımdır"

Bu gün "Araz-Naxçıvan" Konfrans Liqasının təsnifat mərhələsində III turun ilk oyununu keçirib. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv Kiprin "Omoniya" komandası ilə qarşılaşıb. Matç təmsilçimizin 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Sport24.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

 

"Ağır oyun alındı. Düşünürdük ki, komanda olaraq müqavimət göstərə bilərik. Bilirdik ki, rəqibi təcrübəlidir. Zəif oynadıq. Qəbul etmək lazımdır. Bu tip oyunlarda bu sayda səhvlər nəticəsiz qalmır. Komanda olaraq, bəlkə də düzgün yanaşıb, davam etmək lazımdır".

 

- Bu nəticəni nəyə bağlayırsız? 

- Cavabın üstündə İqor Ribeyrodan yenə soruşacaqsız. O, "Neftçi"nin futbolçusudur. Bizim üçün Ribeyro məsələsi bitib. Zəif oynadıq. Sırf müdafiəçilər yox, müdafiə planında axsayırdıq.

 

- "Omoniya"nın hücum gücünü keyfiyyətli olmasına baxmayaraq, "Araz-Naxçıvan" hücum futbolu oynadı. Bir az müdafiədən oynasaydız, nəticə fərqli olardı?

- Futbolda bir az olmur. Futbolda yanaşma var. İlk gündən bu komandanı daha çox hücumda görmək istəyirəm. Bu oyuna hazırlıq da sırf ancaq hücum edəcəyik deyildi. Komandanı iki fazada hazırlamışdıq. Amma alınmadı.

 

- Fasilədə oyunçulara nə dediz?

- Bəzən onu da qəbul etmək lazımdır ki, istəyirsən, amma alındıra bilmirsən. Bu elə oyunlardan biri idi ki, nə dəyişiklik etsək də, komandaya vermək istəsək də, birinci hissə ikinci hissədən seçilmədi. Komanda olaraq uduzmuşuq. Bunu qəbul etmək lazımdır.

 

- Bolinin zədəsi nə dərəcədə ciddidir?

- Zədəsi o qədər də ciddi deyil.

 

- Patrik Andrade və Felipe Santosun daha çox fərdi oyuna üstünlük verdilər sizcə?

- Yaxşı sual verdiniz. Müasir futbolda daha çox fərdi keyfiyyətlərə də önəm verirlər. O futbolçuların əlindən ala bilmərəm. Özgüvəni varsa, rəqibi keçmək də istəyəcək. Sırf Felipe və Andradenin individual hərəkətləri də nəticəyə təsir etmədi.

 

- "Omoniya"dan qorxdunuz deyə belə oldu?

- Qorxu yox idi. Bilirdik ki, qarşımızdakı rəqib təcrübəlidir. Bəzən hazırlaşırsan, amma başqa sürprizlər olur. Komanda olaraq ardıcıl qollar buraxandan sonra oyuna qayıtmaqda çətinlik çəkdik. Bu da futbolçularımın zəif çıxışıdır, yox. Sadəcə bəzən istəyirsən, o da alınmır. Normal qəbul etmək lazımdır.

 

- Demək olar ki, avrokubok sizin üçün bitdi. Komandanı toparlamaq nə dərəcədə realdır?

- Biz işimizi sosial şəbəkə üzərində qurmuruq. Hər bir insan sərbəstdir, öz fikrini bildirir. Birinci oyunqabağı da sual verirdilər ki, başlamamış, bitiblər. Amma komanda olaraq sakitləşib, səfər oyununa hazırlaşacağıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:19

Joau Feliks 2026 “Qızıl top”u Lamin Yamala verəcəyini açıqladı

Futbol
Bu gün, 06:13

“Roma” Dibala və Molinanı Messi vida oyununa dəvət etmədi

Futbol
Bu gün, 04:17

“Atletiko Madrid”də milli komandaların məcburiyyətləri səbəbindən heyət çatışmazlığı

Futbol
Bu gün, 00:57

Skaloni Messi çıxışından sonra Argentina milli komandası oyun tərzini açıqladı

Futbol
Dünən, 23:29

Rikardo Martins Qimaraeş Afrika Millətlər Kubokunun seçmə mərhələsində Sudan qarşısında qol vurdu

Futbol
Dünən, 22:25

"Zirə"nin yarımmüdafiəçisi Mozambik millisi ilə Sudanı 4-1 məğlub etdi və qol vurdu

Futbol
Dünən, 21:01

Tomas Müller Vancouver Whitecaps ilə müqaviləsini 2027-ci ilin sonuna qədər uzadı

Futbol
Dünən, 19:49

Rafinya Avstraliya ilə oyunda zədələndi, Ançelotti açıqlama vermədi

Basketbol
Dünən, 18:40

“Sumqayıt” Basketbol Klubuna yeni transfer – Aleks Holt qoşuldu

Futbol
Dünən, 16:10

“Sabah” klubunun UEFA Çempionlar Liqası ev oyunları üçün fərdi biletlərin satışı başlayır

Futbol
Dünən, 10:55

Röyal Nəcəfov “Xankəndi” komandasının baş məşqçisi təyin olundu

Voleybol
Dünən, 10:43

Azərbaycanın qızlar voleybol milli komandası Gökhan Edmana təyin edildi

Futbol
Dünən, 08:19

Harry Kane’in Qızıl Topu qazanma ehtimalı 58% ilə artıb

Futbol
Dünən, 07:34

Jezuş, Ronaldonun oyun vaxtına dair razılaşmanı pozdu

Futbol
Dünən, 05:18

Totti 2006-cı il Dünya Çempionatındakı rolunu və karyerasına təsirini izah etdi

Futbol
Dünən, 02:15

Fransa millisinin baş məşqçisi Zidan, Olisenin qələbə qolunu “qol vuracağını düşündüm” deyə açıqladı

Futbol
Dünən, 01:52

Mançini Türkiyəyə qarşı 4:1 qələbəni və Fransa ilə görüşü şərh etdi

Qarabağ FK
28 sentyabr 2026, 23:55

Marko Yankoviçin çıxış etdiyi Monteneqro millisi Ermənistanı 3:2 məğlub etdi

Futbol
28 sentyabr 2026, 23:25

Etan Mbappeni UEFA Çempionlar Liqasında 3 oyunla diskvalifikasiya etdi

Voleybol
28 sentyabr 2026, 22:56

Asiyat Abuyevanın Murov Az Terminal klubuna transferi

Futbol
28 sentyabr 2026, 22:37

PSJ, Alexandro Balde'yi kirayə götürüb, sonradan almayı planlayır

Futbol
28 sentyabr 2026, 22:23

Vinçenso Montella İtaliya qarşısında topa daha çox nəzarət etməyi planlaşdırır

Futbol
28 sentyabr 2026, 18:13

Mirbağır İsayev: “Litva ilə oyunumuz qələbəyə layiq idi”

Basketbol
28 sentyabr 2026, 17:40

“Sumqayıt” basketbol komandası Hüseyn Əsgərli ilə bir illik müqavilə imzaladı

Oxşar xəbərlər