Azərbaycan yığmasının müdafiəçisi Zamiq Əliyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda iştirak edib.
İdman.biz xəbər verir ki, o, "Eqnatiya"nın (Albaniya) heyətində "Olimpiya"ya (Sloveniya) 90 dəqiqə meydanda olub.
Səfərdə keçirilən qarşılaşmada Zamiqin komandası sərfəli nəticə əldə edib. Görüş 0:0 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 14-də Albaniyada olacaq.
İdman.biz