top
Olavio Juninyo “Böyük beşlik”də - TƏHLİL İdman.biz
28 may 2024, 17:05
- ↺ +

Olavio Juninyo “Böyük beşlik”də - TƏHLİL

Azərbaycan Premyer Liqasının başa çatan 2023/24 mövsümünün ən yaxşı bombardiri Olavio Juninyo olub.

İdman.biz xəbər verir ki, "Qarabağ"ın braziliyalı legioneri mövsümü 20 qolla başa vurub.

27 yaşlı hücumçu buna 35 matçda nail olub. Cənubi amerikalı Azərbaycan çempionatları tarixində qol sayında ən azı iki "onluğ"a nail olan 5-ci legionerdir. Bu, əcnəbilər yarışın tarixinin "Böyük beşliy"ini formalaşdırıb.

Bizim Badri

Azərbaycan çempionatında 20 qol səddini fəth edən ilk legioner Badri Kvaratsxeliya olub. Düzdür, gürcüstanlı milliləşdirilsə də, yığmamızda meydana çıxsa da, onun legioner olduğu gün kimi aydındır. Hazırda A seriyasında rəqiblərinə aman verməyən Xviça Kvaratsxeliyanın atası 1997/98 mövsümündə coşub. Gürcü forvard 33 yaşında 20 qola imza atıb. "Kəpəz"də parlayan Badri Olavio qədər qol vursa da, bunu cəmi 22 matçda reallaşdırıb.

Əlçatmaz zirvə

Azərbaycan çempionatlarında mövsümdə ən çox qol vuran legioner isə Nikolas Kanalesdir. "Neftçi"nin çilili tapıntısı 26 dəfə fərqlənib. Rəqibləri üçün kabusa çevrilən cənubi amerikalı bu uğura 2012/13 mövsümündə imza atıb. 28 yaşlı legioner keçirdiyi 31 qarşılaşmada 26 dəfə sevinib.

"Qarabağ"ın rekordçusu

"Qarabağ"ın mövsümdə ən çox qol vuran legioneri Reynaldo Silva olub. O, Kanalesin parladığı mövsümün ardınca ilhama gəılib. Braziliyalı 22 qola imza atıb. Reynaldo Azərbaycan çempionatlarının legionerlər üçün ikinci nəticəsinə imza atıb. 2013/14 mövsümündə coşan sambaçı elə Nikolas kimi 31 matçda iştirak edib.

Bəxtsiz bombardir

Olavio kimi ona qədər 20 və daha çox qol vuran digər legionerlərdən Badri də, Nikolas da, Reynaldo da məhsuldar keçirdiyi mövsümdə Azərbaycan çempionu da olub. Qolları sıralayan, amma qızıldan uzaq, hətta çox uzaq düşən yeganə əcnəbi Junior Nildodur. O, Olavio ilə Badridən də çox – 21 qola sevinib. Amma braziliyalının bəxti onda gətirməyib ki, çempionluğa iddia etməyən AZAL-da parlayıb. 32 görüşdə 21 dəfə fərqlənən Nildo bunu 2012/13 mövsümündə gerçəkləşdirib. Bu da bir bəxtsizlik olub ki, o, Kanalesin qolları yağış kimi yağdırdığı zaman kölgədə qalıb.

Qeyd edək ki, Olavio 20 qola Azərbaycandakı debüt mövsümündə imza atıb.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:00

Benfikanın 20 yaşlı argentinalı oyunçusuna 100 milyon avro dəyər qoyuldu

Futbol
Bu gün, 08:40

Valeryen İsmael 'Havr', Beşiktaş'ın keçmiş baş məşqçisini Fransa klubunun yeni məşqçisi olacaq

Futbol
Bu gün, 08:20

Fiorentina David de Xea ilə yollarını ayırmağı planlaşdırır

Futbol
Bu gün, 08:13

Pep Qvardiola ABŞ futbol millisinə rəhbərlik edə bilər

Futbol
Bu gün, 08:00

ABŞ Futbol Federasiyası Manchester United-dan 10 milyon dollar tələb edə bilər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Oxşar xəbərlər