"İstanbul Başakşehir" yeni baş məşqçisinin adını açıqlayıb. Sport24.az Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir ki, Nuri Şahin İstanbul təmsilçisinin "sükanı arxasına" keçib.
37 yaşlı mütəxəssislə 2028-ci ilə qədər müqavilə imzalanıb.
Şahin 2024-cü ilin iyulundan 2025-ci ilin yanvarına kimi Dortmund "Borussiya"sını çalışdırıb.
Qeyd edək ki, 3 oyundan sonra aktivində 2 xal olan "İstanbul BB" turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.